Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qaşıqçı işində şübhəlilərin kimliyi dəqiqləşir

17.10.18, 9:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda ərəb jurnalisti Camal Kaşıkçını qətlə yetirən şəxsin adı açıqlanıb. Bu iddia ilə "Al Jazeera” telekanalı çıxış edib. İddiaya görə onu öldürən tibbi ekspertiza mütəxəssisi Salah Məhəmməd Əl-Tubaigidir. "CNN International” isə iddia edib ki, Camal Kaşıkçı öldürülərək cəsədi hissələrə ayrılıb. "Associated Press” xəbər agentliyi adını gizli saxlayan Türkiyə rəsmisinə istinadən bildirir ki, konsulluqda araşdırma 9 saat davam edib və Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd Uteybi ölkəsinə yollanıb. Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib ki, Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Üteybinin müxalifətçi jurnalist Camal Xaşuqçinin itkin düşməsinin araşdırılması fonunda ölkəni tərk etməsinə mane ola bilməyib. “Diplomatların toxunulmazlıq hüququ var, onlar Vyana konvensiyasının müdafiəsi altındadırlar və onun gedişinə mane olmaq olmazdı. Türkiyə hüquqi dövlətdir. Biz baş konsulluğa baxış keçirmək üçün icazə istədik, bizə dərhal razılıq verilmədi, sonra biz onu aldıq. Biz istintaqın gedişatını yüksək həssaslıqla izləyirik“, – deyə Çelik jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Türkiyə hökuməti məsələnin araşdırılmasını boş buraxmaq niyyətində deyil. “Hazırda müxtəlif ehtimallar ortaya çıxır, lakin belə vacib bir məsələdə araşdırmaların dünya ictimaiyyəti üçün açıqlanacaq nəticələri olmadan, bir kəlmə artıq söz demək olmaz“, – deyə Çelik əlavə edib. TASS isə ”The New York Times” qəzetinə istinadən xəbər verir ki, səudiyyəli jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı iş üzrə şübhəli bilinən şəxslər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əs-Səud ilə əlaqəlidirlər. Mətndə bildirilir ki, Türkiyə tərəfindən Camal Qaşıqçının itməsi ilə əlaqədar müəyyən edilmiş şübhəlilərdən biri vəliəhd şahzadə Məhəmməd ibn Salman əs-Səudun şəxsi müşayiətçisi olub: o, Paris və Madriddə onunla birgə təyyarəni tərk edərkən görünüb. Həmçinin şübhəli şəxs şahzadənin bu il Hyuston, Boston və BMT baş qərargahına səfərləri zamanı çəkilən fotolarda diqqəti cəlb edib. Nəşrin yazdığına görə, digər üç şübhəli vəliəhd şahzadənin təhlükəsizlik xidməti ilə əlaqəlidir. Beşinci şübhəli Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi və tibb müəssisələrində yüksək vəzifə tutan məhkəmə hakimidir ki, bu da onun Səudiyyə rəhbərliyi ilə əlaqələrinin olmasından xəbər verir. Ər-Riyadın hazırkı siyasəti barədə tənqidi ifadələri ilə məşhur olan Qaşıqçı sənədlərin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də ölkəsinin İstanbuldakı baş konsulluğuna daxil olub və daha sonra onunla əlaqə kəsilib. Bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi jurnalist Camal Qaşıqçının itməsi qalmaqalına görə ölkəsinə qayıdıb.
Onu da qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyəyə gəlib. Bu barədə Türkiyə mətbuatı yazıb. Pompeonun Türkiyə səfərinin əsas məqsədi jurnalist Camal Qaşıqçı hadisəsidir. ABŞ Dövlət katibi Mark Pompeo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş Ankaradakı Əsənboğa hava limanında keçirilib.
35 dəqiqə davam edən görüşdə Ərdoğan və Pompeo ilə yanaşı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri də iştirak edib. Görüşdən əvvəl Ərdoğanla Pompeonun itkin düşən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı müzakirə aparacaqları bildirilmişdi. Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibi Mayk Pompeo Donald Trampın əmri ilə Səudiyyə Ərəbistanına səfər edərək bu ölkənin kralı və bir sıra yüksəkçinli dövlət rəsmiləri ilə görüşlər keçirmişdi.

Bu xəbər oxundu
- - -