Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa ABŞ-dan imtina edir?

17.10.18, 9:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa ölkələri artıq öz təhlükəsizlik sistemlərini formalaşdırmaq və Moskva ilə münasibətləri gücləndirmək haqqında düşünməyə başlayıblar. Bu iddia ilə İspaniyanın “El Pais” qəzetinin analitiki Karlos Yarnos çıxış edib. “Bu işdə dönüş anı İspaniya qırıcılarının bir müddət əvvəl Estoniya səmasında Rusiya sərhədlərinə raket buraxması oldu. Bu, Brüsselin NATO təyyarələrinin Rusiya sərhədlərində uçuşunu azaltmasına səbəb oldu. Üstəlik, Brüssel Moskvanın artıq düşmən olmadığını və ona müttəfiq kimi yanaşmağın vaxtının gəldiyini düşünməyə başladı”, – deyə o bildirib.
Yarnos Avropa üçün strategiyalar, alyanslar və təhdidlərin dəyişdiyini bildirib: “Buna səbəb ABŞ-da Donald Trampın prezident olmasıdır. Məhz o, Britaniyanın AB-dən çıxmasını dəstəkləyir, İranla nüvə razılaşmasından çıxıb və ABŞ-ı Avropanın gözündə etibarsız müttəfiq edib. Bundan başqa, ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinlə yaxınlaşıb və Avropanı qorxutmağa başlayıb. Avropa dünyadakı məsələlərin həllində öz rolunun tükənəcəyindən çəkinir. Bütün bunlar Avropada Moskva ilə yaxınlaşma tendensiyalarını gücləndirib. Bunun üçün ilk addımı Fransa Prezident Emmanuel Makron atdı. Məhz o, soyuq müharibənin nəticələrini gözdən keçirməyə və Avropada bərabərliyin təmin edilməsinə çağırış etdi”.

Bu xəbər oxundu
- - -