Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Naliyyə naziri “qara siyahı“ açıqladı

17.10.18, 10:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Birləşmiş Ştatlar İranda İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) üçün uşaq əsgərləri səfərbər edən və təlimləndirən təşkilatı maliyyələşdirən bizneslər şəbəkəsinə qarşı yeni sanksiyalar elan edib. ABŞ Maliyyə Nazirliyinin oktyabrın 16-da verdiyi bəyanatda deyilir ki, 20-dək şirkət və maliyyə təsisatını birləşdirən Bonyad Taavon “Bəsic” şəbəkəsi “Bəsic Müqavimət Qüvvəsi” adlı hərbiləşdirilmiş təşkilata sponsorluq edir. Vaşinqton bildirir ki, bu könüllü hərbi qruplaşma İİKK-ə bağlıdır.
Azadlıq radiosu xəbər verir ki, maliyyə naziri Steven Mnuçin deyib ki, bu geniş şəbəkə Bəsicə uşaq əsgərlərin səfərbər edilməsində və onların təlimləndirilməsində infrastruktur dəstəyi verir. Onun sözlərinə görə uşaq əsgərlərin hazırlanmasına İİKK rəhbərlik edir. Bəyanatda deyilir ki, İranın ictimai polisi rolunu oynayan “Bəsic” ölkə daxilində ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyır.
Bəsic habelə İİKK-in xarici əməliyyat qurumu olan “Qüds Qüvvələri” üçün yeniyetmələrin səfərbər edilməsini həyata keçirir. Bu uşaq əsgərlərdən sonradan Suriyada Bəşər Əsəd rejiminə dəstək üçün hərbi qüvvə kimi istifadə olunur. Nyu Yorkda mənzillənmiş “Human Rights Watch” insan haqları təşkilatı İİKK-in əfqan mühacir uşaqları Suriyada döyüşmək üçün səfərbər etməsinə dair tapıntıları sənədləşdirib. Tehran Moskva ilə birlikdə Suriyada 2011-ci ildən bəri davam edən münaqişədə Bəşər Əsəd qüvvələrinə həlledici dəstək verib.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, Bonyad Taavon” Bəsic” İranda milyardlarla dollarlıq avtomatika, metallurgiya, mədənçilik və bankçılıq sahələrinə nəzarət üçün balıqqulağı şirkətlərdən istifadə edir. Nazirlik habelə “Bank Mellat”, “Mehr Eqtesad Bank”, “Mehr Eqtesad Iranian Investment Co” və beş başqa investisiya şirkətinə qarşı sanksiyalar elan edib. Sanksiyalanan vahidlər arasında “İranın Tractor Manufacturing Co” və “Mobarakeh Steel Co” şirkətləri də var. Bunlar Yaxın Şərq və Şimali Afrika regionunda traktor istehsalı və metallurgiya üzrə ən iri şirkətlər sayılır.

Bu xəbər oxundu
- - -