Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Pentaqon əsgərlərin beyinlərini proqramlaşdıracaq

17.10.18, 11:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın müdafiə nazirliyinə məxsus araşdırma qurumu əsgərlərin beynini proqramlaşdıracaq. İnsan beyninə yerləşdiriləcək çiplərlə orqanizm və beyin proqramlaşdırılacaq və idarə ediləcək. DARPA artıq zehni nəzarət etmək üçün başlayan layihəni hərbçilərin üzərində sınaqdan keçirmək üçün hərəkətə keçir.
Qurumun bioloji texnoloji departamentinin rəisi Castin Sançes bildirib ki, insan saçı kimi nazik mikro kabel ilə elektrodların insanların beyninə yerləşdirilməsi üzərində işləyir. Alim bildirib ki, layihə uğurlu alınsa, insanın ağlından keçəni biləcəklər və beyinin davranışları necə kodlaşdıracağı anlaşılacaq.
Bu çiplər ilk olaraq iflic insanlar tərəfindən istifadə ediləcək. Bununla da onları əlil arabasından xilas etmək mümkün olacaq. Sançes bildirib ki, istəklərindən biri də kompüter vasitəsilə məlumatı və düşüncəni bir insanın beynindən digər insanın beyninə transfer etməkdir.

Bu xəbər oxundu
- - -