Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dayanıqlı inkişafın kökündə təhsil, məktəb və müəllim dayanır

17.10.18, 12:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri” mövzusunda “dəyirmi masa” keçirilib. ADPU-dan bildirilib ki, tədbirdə rektor Cəfər Cəfərov rəhbərlik etdiyi universitetin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, universitet 100 illik yubileyinə hazırlaşır. Fəaliyyət göstərdiyi müddət ərzində ADPU xalqımıza, ölkəmizə böyük xidmətlər göstərib. Universitetdə 160 mindən çox pedaqoji kadr hazırlanıb. Onların arasında böyük alimlər, ictimai-siyasi xadimlər, ziyalılar var. ADPU-da filiallarla birlikdə 18 minə yaxın tələbə təhsil alır. Son illər ölkəmizdə həyata keçirilən səmərəli və məqsədyönlü tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli artıb. Rektor vurğulayıb ki, dayanıqlı inkişafın kökündə təhsil, məktəb və müəllim dayanır.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Azərbaycanın davamlı inkişafı: reallıqlar, perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, Azərbaycan ötən 25 il ərzində iqtisadi cəhətdən dünyanın bir çox ölkələrini geridə qoyub. Ölkəmizdə əhalinin məşğulluğu, ərzaq təhlükəsizliyi təmin edilib. Yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Beynəlxalq maliyyə böhranına baxmayaraq, ötən illər ərzində Azərbaycan öz dinamik inkişaf sürətini qoruyub saxlaya bilib. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələləri uğurla həll edilir. Dövlət başçısının düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə qeyri-neft sektoru inkişaf edir. Ölkəmiz regionun lider dövləti olaraq, dünyadakı yerini və mövqeyini daha da gücləndirib. Azərbaycanın regionları sürətlə inkişaf edir, yeniləşir, müasirləşir. Bu da dayanıqlı inkişafın məqsədlərindən biridir. Ümumilikdə dayanıqlı inkişaf həyatımızın bütün sahələri ilə bağlıdır. Azərbaycan dövləti son 15 ildə qarşısına qoyduğu bütün iqtisadi hədəflərə çatıb. Professorlar Asəf Zamanov, Buludxan Xəlilov, dosent Şahin Pənahov, kimya üzrə elmlər doktoru Əli Zalov, dosent Aydın Ələkbərov və başqaları dayanıqlı inkişafla bağlı öz fikir və mülahizələrini bölüşüblər.

Bu xəbər oxundu
- - -