Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan səfərbər olmalıdır”

19.10.18, 10:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycan Respublikası yerləşdiyi geopolitik mövqeyi və təbii şəraitinə görə hər zaman xarici ölkələrin diqqət mərkəzində olub. Son iki yüz il yaxın tariximizi araşdırsaq bunun şahidi olmuş olarıq. Şimal və cənub qonşularımız İran və Rusiya daxil olmaqla Böyük Britaniya, Almaniya, Fransa və ABŞ kimi qüdrətli hərbi və iqtisadi potensiala malik dövlətlər Azərbaycana olan maraqlarını hər zaman açıq şəkildə bildirərək siyasi mühitimizə müdaxilələr ediblər. Bu müdaxilələr bəzən bərabərhüquqlu danışıqlarla tamamlansa da bir çox hallarda casus fəaliyyətləri ilə müşaiyyət olunub”. Bunu politoloq Vasif Əfəndiyev deyib. Onun sözlərinə görə, mütəmadi olaraq ölkə daxilində təxribatlar, kütləvi iğtişaşlar və terror hadisələri törətməyə cəhd edən qüvvələri bilirik: “Təbii ki, güclü Azərbaycan dövləti dost olmayan qüvvələri rahatsız etməyə bilməzdi. Dost olmayan qüvvələr hər zaman Azərbaycana bir yağlı tikə kimi baxmağa adət etdiyindən son dövrlərdəki uğurlarımız onları sözün əsl mənasında məyus edib. Rusiyanın, ABŞ-n və Avropanın tanınmış siyasətçiləri, elm və mədəniyyət adamlarının Bakıya hər səfərlərindən sonra inkişafımız haqqında qısqanclıqla danışmalarından qürur hissləri keçirsək də bu hisslərdən rahatlanıb arxayınlaşmamalıyıq. Son bir neçə ildə hər kəsə məlum olan səbəblərdən iqtisadi çətinlik yaşayan ölkəmiz bu vəziyyətdən bacardıqca az itki ilə çıxmaq uğrunda mücadilə etdiyi zamanda bəzi üzdə görünməyən lakin mənbəyi bəlli olan qüvvələr xalqın dini hissləri ilə manipulyasiya edərək hərəkətə keçdikləri də olub. Rusiya, İran və Ermənistana məxsus və ya onlar tərəfindən maliyyələşdirilən KİV və ya saytlar bölgələrdə olan lokal etirazları fərqli rakuslardan təqdim edərək qızışdırıcı çağırışlar etməkdən çəkinmirdilər. Təxribatçı qüvvələr dini faktorlardan yararlanmağa çalışaraq ölkədə vəziyyəti gərginləşdirməyə yönəlik hərəkətlərin qarşısı alınmışdı. Bütün bu cəhdlər keçilmiş baryerlərdir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsindədir. Bu siyasət nəticəsində ölkəmizi daim basqı altında saxlamağa cəhd edən qüvvələr geri çəkilmək məcburiyyətində qalıblar. Bu səbəbdən də son bir ildə nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanın Dağlıq Qarabağla bağlı haqlı mövqeyinə böyük dəstəyi görürük. Hesab edirəm ki, indiki şəraitdə stabilliyi təmin etmək şərti ilə dövlət başçısının son zamanlar irəli sürdüyü tezisləri həyata keçirmək üçün bütün Azərbaycan səfərbər olmalıdır”.

Bu xəbər oxundu
- - -