Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp: “Qaşıqçı böyük ehtimalla ölüb”

19.10.18, 11:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ağ Ev səudiyyəli rəsmilərə qarşı münasibətini dəyişir?
ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Qaşıqçinin ehtimal ki öldüyünü bildirib. “Əlbəttə, belə görünür”, – deyən Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanı vəzifəlilərinin jurnalistin ölümündə rol oynadığını sübut edilərsə, “cox şiddətli cəzalandırma olmalıdır”. “Middle East Eye” yazır ki, Trampın şərhləri Qaşıqçinin itkin düşməsi ilə bağlı təzyiqə məruz qaldığı son günlərdə prezident və digər yüksək vəzifəli rəsmilərin tutduğu əvvəlki xətdə təəccüblü bir dəyişiklikdir.
ABC-nin xəbərinə görə, Türkiyə səlahiyyətliləri ilə görüşərkən, Mayk Pompeoya Qaşıqçinin ölümü ilə bağlı səs yazısı təqdim edilib. Hələ ki, Dövlət Departamenti Pompeonun audio yazını dinlədiyini təkzib edir. Departamentin sözcüsü Hizer Nauert deyib: “Dövlət katibi səs yazısını dinləməyib”.
Pompeo Trampa Qaşıqçinin işi ilə bağlı istintaqın başa çatdırılması üçün səudilərə “bir neçə gün” möhlət vermək lazım olduğunu söyləyib: “Yalnız onda faktlara əsaslanan tam bir anlaşma əldə edə bilərik. Bundan sonra ABŞ-ın Qaşıqçi ilə bağlı məsələlərə necə cavab verməsinə qərar verə bilərik”.
ABŞ prezidenti bundan əvvəl Səudiyyə Ərəbistanının iştirakı iddialarını rədd edib və vəziyyəti indi ABŞ Ali Məhkəməsinə namizəd olan Brett Kavanoya qarşı cinsi qısnama iddialarına oxşadıb. “Burada günahkar özümüzük, çünki təqsirsizliyimizi isbatlaya bilmirik”. Bu həftə Pompeo Riyada göndərilib və o, Səudiyyə kralı Salman və şahzadə Məhəmməd bin Salmanla (MBS) görüşüb. Pompeo ilk bəyanatında Səudiyyə liderlərinin İstanbuldakı konsulluqda meydana gələn hadisələrdən heç bir məlumatı olmadığını, ona ciddi və etibarlı istintaq vədi verildiyini söyləyib.
Pompeo deyib: “Səudiyyə rəhbərliyi İstanbuldakı konsulluqda meydana gələn hadisələr haqqında hər hansı bir məlumatı inkar edir. Bütün faktları müəyyənləşdirmək və Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəhbərlərinin cavabdehliyini təmin etməyı dair ciddi öhdəlik var”. Camal Qaşıqçi İstanbulda Səudiyyə konsulluğuna daxil olandan, yəni oktyabrın 2-dən yoxa çıxıb. Türk səlahiyyətlilər onun binanın içində öldürüldüyünə inanırlar. Səudiyyə rəsmiləri Qaşıqçinin konsulluqdan çıxdığını söyləyirlər. Ancaq bu iddianı təsdiqləyəcək video kamera görüntüsünü təqdim etməyiblər.
Onu da qeyd edək ki, Qaşıqçinin itməsi ilə bağlı qlobal böhran dərinləşdiyindən ABŞ və Səudiyyə rəsmiləri tacdar şahzadəni məsuliyyətdən qorumağa çalışırlar. ABŞ-ın “New York Times” qəzeti isə Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçının öldürülməsində vəliəhd şahzadə Məhəmməd bin Salmana yaxın olan kəşfiyyat zabitini ittiham etməyə hazırlaşdığını bildirib. İddiaya əsasən bu şəxs general Əhməd əl Əssiridir.
Qəzetə məlumat verən mənbənin xəbərinə əsasən, general şahzadədən Qaşıqçını həbs etmək üçün icazə alıb. Amma Əssiri bu səlahiyyəti ya səhv anlayıb, ya da səlahiyyətini aşaraq jurnalisti qətlə yetirib. Bu barədə Səudiyyə mənbələri artıq Ağ Evi də məlumatlandırıb və generalın adını verib. General Əssiri Yəməndə Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı hərbi müdaxilənin mətbuat katibi olub və şahzadə Məhəmmədə ən yaxın adamlardan biridir. Ağ Evə yaxın bir mənbə isə bildirib ki, Jared Kuşner qayınatası Donald Trampdan şahzadəni dəstəkləməsini istəyib.
“New York Times” qəzetinin xəbərinə görə, Riyad Səudiyyə Ərəbistanının kəşfiyyat şefi general Əhməd əl-Əsirini Qaşıqçini öldürmək əmri verməklə günahkar çıxarmağa cəhd edir. Günahı Əsirinin boynuna qoymaq MBS-nin baş vermiş hadisələrdən heç bir məsuliyyət almadığına kömək edəcək. Əsiri MBS-ə yaxın adamdır və Yəməndə təşkil edilən hərbi kampaniyada şahzadənin təmsilçisidir. Səudiyyə rejimi ilə əlaqəli anonim rəsmilər rəsmilər “NYT”-yə MBS-in Qaşıqçini diri ələ keçirmək üçün İstanbula missiya göndərdiyini təsdiqləyib. Ancaqəməliyyat zamanı Əsiri səlahiyyətlərini aşıb və təlimatları “səhv başa düşüb”.

Bu xəbər oxundu
- - -