Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səudiyyə şahzadəsinə daha bir zərbə

19.10.18, 11:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd ibn Salmanın gələn həftə keçirəcəyi konfransı daha bir media qurumu boykot edib. Xarici mətbuat xəbər verir ki, jurnalist Camal Qaşıqçı olayı ilə bağlı Səudiyyə şahzadəsi Məhəmməd ibn Salmanın növbəti həftə paytaxt Ər-Riyadda keçirəcəyi “Gələcəyə investisiya cəhdləri” konfransından (Fİİ) daha bir media qurumu imtina edib. ABŞ-ın “Fox Business” kanalı Ər-Riyaddakı konfransın media sponsoru olmaqdan vaz keçdiyini açıqlayıb. “Fox Business”in bu açıqlaması ABŞ maliyyə naziri Stiven Mnuçinin konfransda iştirak etməyəcəyi ilə bağlı qərarının ardından elan olunub.
Qeyd edək ki, bundan əvvəl də “CNN”, “CNBC”, “The Financial Times” kimi media orqanları və biznes aləminin nəhəngləri konfransda iştirak etməyəcəklərini bildirmişdilər.

Bu xəbər oxundu
- - -