Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qərbi Azərbaycan valisi etirazlardan vahiməyə düşüb

19.10.18, 12:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qərbi Azərbaycanın yerli olmayan radikal kürd valisi Azərbaycana qarşı etdiyi fəaliyyətlərinin ağır nəticəsi və ona olan etirazlardan vahiməyə düşüb.
Məhəmməd Mehdi Şəhriyari oktyabrın 18-də Əyalətin Planlaşdırma və İnkişaf Şurasının 4-cü iclasında çıxış edərkən gizli iqtisadi fəaliyyətini ifşa edənləri hədəfə alıb, onları əsəbi şəkildə dinsiz adlandıraraq sözdə məlum yerdən himayə olunduqlarını bildirib.
Vali sərmayə yatırımçılarını Qərbi Azərbaycandan Şimali Xorasana yönəltdiyi ilə bağlı etirazlara toxunub. O bildirib ki, bunlar (valini ifşa edənlər nəzərdə tutulur) vaxtı ilə burada motosikletə parking kirayə verən, indi də evində tennis kortu olan şəxs tərəfindən maliyyələşdirilir.
Şəhriyari kimsənin adını çəkmədən jurnalistlərdən istəyib ki, onun adını hallandırmaq yerinə, korrupsiya ilə bağlı Qərbi Azərbaycanın yüksək vəzifəli şəxslərindən bir neçəsini ifşa etsinlər.
“Aftab Urmiyə” Nəşriyyəsinin yeni sayında Şəhriyarinin sərmayə yatırımçılarını Qərbi Azərbaycandan Şimali Xorasan Əyalətinə yönəltdiyi barədə xəbər yayılıb.
Məlumata görə, yatırımçıların Şimali Xorasana üz tutduqları barəsində Qərbi Azərbaycan Əyalətinin bütün millət vəkillərində məlumat olub, lakin buna heç bir reaksiya verməyiblər.
Son vaxtlar kürd kökənli valinin Qərbi Azərbaycan Əyalətinin yanacaq satışı həvalələrini yerli olmayan bir kürdə ötürdüyü də məlum olub. Vali bunu düşünülmüş şəkildə etdiyini, əyalətə gəlir gətirəcəyini qeyd edib.
Güney Azərbaycanda Qərbi Azərbaycan Əyalətinin yerli olmayan radikal kürd valisinə qarşı etirazlar artıb, çoxları onun vəzifəsindən kənarlaşdırılmasını tələb edir.
Bu barədə Güney Azərbaycanın bəzi universitetlərinin öyrənciləri bəyanat yayaraq Şəhriyari və Təbrizin bələdiyyə başqanı İrəc Şəhin Baherin antitürk fəaliyyətlərinə etiraz edib, onların tutduğu postlarından kənarlaşdırılmasını tələb ediblər.
Radikal kürdlərdən sayılan Şəhriyari Şimali Xorasanın Bocnurd şəhərindəndir. O sözdə islahatçı adalanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib. Onun fəaliyyəti hər zaman kürd terror qruplaşmalarının strateji hədəfləri istiqamətində olub.

Bu xəbər oxundu
- - -