Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rejim dərsliklərdə İranın yalnız farslardan ibarət olduğunu təbliğ edir

19.10.18, 12:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İranda Pəhləvi rejimi dövründə başlayan irqçilik siyasəti müxtəlif formalarda davam etdirilməkdədir.
Bütün vasitələrlə “İran yəni fars, fars yəni İran” düşüncəsinə aşılamağa çalışan rejim həmin ideyanı dərsliklərdə də təbliğ edir.
İranda müxtəlif millətlər, o cümlədən ölkə əhalisinin böyük hissəsini təşkil edən türklərin tarix və kimliyinin inkar edilməsində, Təhsil Nazirliyinin xüsusi rol oynadığı hər kəsə aydındır.
Məlumata görə, 6-cı sinifin “Düşüncə və Araşdırma” dərsliyinin birinci fəslində İran xəritəsi dərc olunub. “Mənin torpağımın görməli yerləri” başlığı altında dərc olunan xəritədə yalnız farsların yaşadığı İsfahan, Şiraz, Kirman, Məşhəd, Ərak, Tehran və Rəşt şəhərlərinin görməli və tarixi yerləri əks olunub. Lakin qeyri-fars məntəqələri, o cümlədən Azərbaycan, Əl-əhvaz, Bəluçistan və s. kimi bölgələrdən heç bir əsər-əlamət yoxdur.
İqtisadi tərəfdən baxanda fars bölgələri turist cəlb etmək və daha çox varlanmaq üçün təbliğ edilir. Lakin məsələ bununla məhdudlaşmır. Təhsil Nazirliyinin əsas məqsədi qeyri-fars şagirdlərin özgüvənini zədələmək, onları doğma tarix və kimliyinə bədbin etmək, İranın sadəcə farslardan ibarət olduğu düşüncəsini aşılamaq və s. kimi hədəflərə yönəlib.
Müxtəlif siniflərin dərsliklərində oxşar mətnlərə rast gəlinir, bu barədə saytımızda vaxtaşırı xəbərlər yayılıb.

Bu xəbər oxundu
- - -