Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ankara ABŞ-dan sanskiyaların ləğvini gözləyir

23.10.18, 12:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə keşiş Endryu Bransonun azad edilməsindən sonra ölkəyə qarşı tətbiq edilən sanksiyaların götürülməsini gözləyir. Bu barədə NTV məlumat yayıb. Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın bildirib ki, ölkə yaxın zamanda sanksiyalara son qoyulmasını gözləyir: "Sanskiya qərarı mənasız idi və doğru olmayan qiymətləndirmə əsasında verilmişdi. Biz hesab edirik ki, yaxın zamanda sanksiyalar götürüləcək. Və bu iki ölkənin münasibətinin normallaşmasında pozitiv addım olacaq".
Kalın əlavə edib ki, Ankara həmçinin Ağ Evdən milli təhlükəsizliyə dair konkret addımlar gözləyir. Söhbət ABŞ-ın FETÖ lideri Fətullah Gülən və PKK ilə əlaqələrindən gedir.

Bu xəbər oxundu
- - -