Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BP: 2035-ci ildən qlobal neft tələbatı azalmağa başlayacaq

07.11.18, 13:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2035-ci ildə qlobal neft tələbatı tədricən azalmağa başlayacaq. BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bu fikirdədir. BP-nin “2017-ci il üçün statistik təhlili” və “Enerji perspektivlərinə baxışı-2035” adlı hesabatlarını şərh edən V.Drebentsov bildirib ki, hesabatlarda qlobal enerji bazarındakı son vəziyyət, enerji sektorundakı ehtiyaclar və tendensiyalar öz əksini tapıb. Bu məlumat və təhlillər neft-qaz bazarındakı tendensiyaları izləməyə, neftin qiymətinə təsir edən amilləri, neft hasil və ixrac edən ölkələrin gələcək addımlarını müəyyənləşdirməyə kömək edə bilər.
Neftin qiymətinin 100 dollar/barrelə qalxma ehtimalına gəlincə isə BP-nin baş iqtisadçısı hesab edir ki, bu mümkündür: “Lakin qiymətin bu səviyyədə qalması davamlı olmayacaq. Bu, uzunmüddətli proqnozlar üçün əsas ola bilməz. Ortamüddətli perspektivdə isə neftin qiymətinə geosiyasi proseslər təsir göstərəcək. Venesuela və İran faktorları bu kontekstdə özünü daha çox büruzə verir. Venesuela neft istehsalı düşür. Qarşıdakı illərdə istehsal daha da azala və ya sabit qala bilər. ABŞ-ın sanksiyalarından sonra İranda neftin istehsal və ixrac həcmi azalır”.
V.Drebentsovun fikrincə, dünya enerji bazarı ABŞ-dakı şist neft hasilatı və OPEC-in tədbirlərindən də asılıdır. Yaxın perspektivdə neft tələbatı tədricən artacaq. Neft enerji resursu kimi 2040-cı ilədək öz aparıcı mövqeyini qoruyub saxlayacaq. Lakin dünyada yeni trendlərin, texnoloji dəyişikliklərin gələcək perspektivlərdə neftin həlledici rolunu zəiflətməsi də qaçılmazdır.

Bu xəbər oxundu
- - -