Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paytaxt məktəblərində Dövlət Bayrağı Günü qeyd olunub

08.11.18, 12:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Paytaxt məktəblərində 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təhsil müəssisələrində Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi-bədii gecə, mühazirə, disput və “dəyirmi masa”lar təşkil edilib. Həmçinin dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
“Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Bayaq kimliyimdir, bayraq mənliyim”, “Bayrağımız baş tacımız”, “Bayrağımız qürur mənbəyimizdir!”, “Qarabağda dalğalan, bayrağım”, “Mənim bayrağım ən gözəl bayraqdır” və digər mövzularda təşkil olunmuş tədbirlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə bayrağımızın yaranma tarixi haqqında geniş məlumat verilib. Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminlik bildirilib. Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar səsləndirib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bu xəbər oxundu
- - -