Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“SSRİ başqa səbəblərdən dağıldı”

13.11.18, 8:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Qarabağ münaqişəsi SSRİ-də illərdir hər şeyin nə qədər düzgün olduğunu göstərmək üçün təqdim edilənlərin doğru olmadığına dair canlı bir nümunədir".
Bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan "Rossiya-24" telekanalına müsahibəsi zamanı bildirib.
Jurnalist Nikol Svanidzenin müəllifi olduğu verilişdə, Sovet İttifaqının dağılması dövründən də bəhs edilən Koçaryanın öz həyatını təsvir etdiyi kitabından danışılıb.
Svanidzenin "Doğrudanmı Ermənistan həmin dövrdə müstəqilliyə can atırdı, yoxsa bütün bunlar öz axarında baş verdi?" sualına Köçəryan bu şəkildə cavab verib: "Ermənistanın müstəqilliyi Qarabağ məsələsi ilə dərindən bağlı olub. Bütün bunlar Qarabağ hərəkatı fonunda baş verirdi. Ancaq bu hərəkatın liderləri də istənilən halda Ermənistanın müstəqilliyi barədə düşünürdülər. Onların bir hissəsi ciddi şəkildə Ermənistanın müstəqilliyinin tərəfdarları idi. Mən Qarabağda baş verən hərəkatın lideri idim. Qarabağda SSRİ-yə tamam başqa cür yanaşırdılar. Biz problemimizin həllini məhz SSRİ-nin təkibində görürdük. Biz yenidənqurma konsepsiyasına belə inandıq. Hesab edirdik ki, məhz bu şəxsi problemlərin həllinə imkan verir. Biz əmin idik ki, bu problemləri məhz Moskva həll edəcək".

Köçəryanın sözlərinə görə, SSRİ-nin dağılması və xüsusilə də Ermənistanın ittifaqdan ayrılması həm obyektiv, həm də özəl səbəblərdən qaçınılmaz olub.
"Belə ki, ümumi ideologiya pozulmuşdu və artıq insanlar bütün bu ölkələri birləşdirən ideologiyaya inanmırdılar. Siyasi rəhbərliyin isə artıq ictimaiyyəti qane edə biləcək cəlbedici ideologiyası, həmçinin dövlətin parçalanmasının qarşısını almağa zəruri iradəsi yox idi", - deyə o qeyd edib.
Ermənistanın ikinci prezidenti, həmçinin jurnalistin SSRİ tərkibində müxtəlif xalqlar arasında daxili münasibətlər barədə sualına, Qarabağ münaqişəsi illərdir hər şeyin nə qədər düzgün olduğunu göstərmək üçün təqdim edilənlərin doğru olmadığına dair canlı bir nümunədir deyə cavab verib.
"Bizimlə baş verənlər, hər şeyin o qədər də yaxşı olmadığına dair canlı nümunədir. Mənə deyəndə ki, SSRİ-nin dağılması Qarabağ məsələsindən başladı, mən deyirəm ki, xeyr Qarabağdan başlamadı. O tamamilə başqa səbəblərdən dağıldı. Bu proses gərginliyin daha çox olduğu yerlərdə özünü biruzə verməyə başladı", - deyə Köçəryan vurğulayıb.
Qeyd edək ki, Robert Köçəryan 1988-ci ildən Qarabağda ermənilərin başlatdığı "Miatsum hərəkatı"na qoşulub və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib. O, azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib.

Bu xəbər oxundu
- - -