Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

114 şəhidin vərəsəsinə ödəniş edildi

13.11.18, 12:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsinə başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib. F.Talıbov qeyd edib ki, bu gün 114 şəhid hərbi qullqçunun 146 vərəsəsinin bank hesabına artıq ödəmə olunub.
Ölkə Prezidenti "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların hər birinin vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Bu xəbər oxundu
- - -