Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Mediamızın iqtisadi durumu problemsiz deyil”

13.11.18, 14:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin dünən keçirilən plenar iclasında 2019-cu il üçün dövlət büdcəsinin müzakirəsilə bağlı çıxış edib. Millət vəkili çıxışı zamanı qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsində keçən ilə nisbətən artım var: “Bu, təhsilə, səhiyyəyə və digər sahələrə ayrılmış vəsaitlərin miqdarında özünü göstərir. Müsbət haldır. Əminəm ki, ölkəmizin inkişafı imkan verəcək ki, əhəmiyyətli artım bütün sahələri əhatə etsin”. Əflatun Amaşov hazır çap məhsullarına və qəzet kağızına tətbiq edilən əlavə dəyər vergisi ilə bağlı fikirlərini də açıqlayıb: “Büdcəmiz artır. Əvvəlki illərdəki durğunluq demək olar, tam aradan qalxıb. Bu durumda məsələnin mahiyyətinə daha dərindən diqqət yetirək. Bəli, müqayisəli yanaşsaq, mediamızın iqtisadi durumu problemsiz deyil. Konkret rəqəmlər var, bu barədə çox danışmaq istəmirəm. Biz nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq? Bir halda ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə elə də böyük vəsait daxil olmur. Təqribən yarım milyon manat.
Hazır çap məhsullarını da götürək. Bunların əsas qismi ölkəmizə kənardan gəlir. Nəyə görə onların qiyməti baha olmalıdır? Biz cəmiyyətn maariflənməsini, qabaqcıl elmi biliklərə yiyələnməsini istəməliyik. Axı müasir dünyada bu yolun alternativi yoxdur.
Mən çıxışımın əvvəlində büdcədə keçən ilə nisbətən artımın olduğunu bildirdim. Bunun da bir hissəsi təhsilə ayrılır. Bu, daha da çox olmalıdır. İstərdim ki, təhsilə ayrılan maliyyə eyni zamanda Azərbaycan dilli məktəblərdəki tədris vəsaitlərinin, dərsliklərin daha müasir, daha təkmil olması məqsədilə xərclənsin. Son zamanlar müzakirələrə səbəb olan məlum məsələ bunu tələb edir. Azərbaycan dilli məktəblərimiz güclü olmalıdır ki, övladlarını digər məktəblərə yönəldən valideynlərin əllərində bəhanə qalmasın.
Unutmayaq ki, milli şüurumuz, müstəqil Vətənimizə yetkin vətəndaş sevgimiz, problemlərimizin, həm də Dağlıq Qarabağ problemimizin həlli məhz bizim ana dilimizə münasibətimizlə həmahəngdir”.

Bu xəbər oxundu
- - -