Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Nazir: Azərbaycan Çində ticarət və şərab evləri açmaqda davam edəcək

14.11.18, 12:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Çinə daha çox kənd təsərrüfatı məhsulu, o cümlədən pambıq, tütün, üzüm, eləcə də alüminium və kimya sənayesi məhsulları ixrac edə bilər. Bunu Çinin “Global Times” qəzetinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, Azərbaycanla Çin arasında qarşılıqlı ticarət həcminin artırılması üçün bir sıra addımlar atılıb: “Ötən ilin sonunda Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olunub. Bu ilin sentyabrında Urumçidə şərab evi, Luçjouda ticarət evi və Şanxay azad ticarət zonasında daha bir şərab evi açılıb. Azərbaycan məhsulları DIG supermarketlər şəbəkəsində satılır və yaxın zamanlarda Şanxayda “G-Super” supermarketlər şəbəkəsində satılmağa başlayacaq”.
Nazir əlavə edib ki, Azərbaycan Çində ticarət və şərab evləri açmağa davam edəcək. Ş.Mustafayev bildirib ki, Çin şirkətləri Azərbaycan iqtisadiyyatına 800 milyon dollar investisiya yerləşdirib və ölkədə Çin kapitalı ilə 112 şirkət fəaliyyət göstərir. Nazirin sözlərinə görə, Çin və Azərbaycan yüksək texnologiyalar sahəsində də əməkdaşlıq edə bilər. O, Azərbaycanda “Huawei” və ZTE şirkətlərinin uğurlu fəaliyyətini nümunə gətirib. Daha sonra nazir turizm sahəsində uğurla əməkdaşlığı qeyd edib. O bildirib ki, ötən il ərzində Azərbaycana gəlmiş çinli turistlərin sayı 62 faiz artıb və əlavə edib ki, iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial var.

Bu xəbər oxundu
- - -