Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir

15.11.18, 7:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Bakıda Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə 16 xarici ölkədən nümayəndələr, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə vəkillər kollegiyalarının rəhbərləri, Niderland Krallığı, Birləşmiş Krallıq, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan vəkillər kollegiyalarının üzvləri, Avropa Şurası, Avropa İttifaqı, Hüquqşünasların Beynəlxalq Komissiyası, Birləşmiş Millətlər Təşkilatı, Avropa Vəkillər İttifaqı və Hüquq Cəmiyyətləri və digər beynəlxalq təşkilatların nümayəndələri, habelə Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimləri, Prezident Administrasiyasının, digər dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Vəkillər Kollegiyasının 100-dən artıq üzvü, yerli və beynəlxalq ekspertlər iştirak edir.
İki gün davam edəcək və 4 sessiyada keçiriləcək konfransın məqsədi beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin bir araya gətirilməsidir. Tədbirlərdə müvəkkillərinin insan hüquqlarının müdafiəsini həyata keçirərkən əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılacaq.
Konfrans iştirakçılarının çıxışları, əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbul mövzuları ətrafında nəzərdə tutulub.
Bundan başqa, Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyası tərəfindən təklif olunan, müstəqil vəkillik peşəsinin formalaşmasında vəkillər üçün keçirilən təlimlərin roluna və müxtəlif resurslara xüsusi diqqət yetiriləcək.

Bu xəbər oxundu
- - -