Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanla BƏƏ arasında iqtisadi əlaqələr güclənir”

15.11.18, 10:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

13 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri səfiri Mohamed Alqubaisi BƏƏ – Azərbaycan Ticarət Məclisinin illik görüşünü keçirib.
Bu haqda BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.
Səfir qeyd edib ki, 2017-ci ildən bəri qeyd edilən Ticarət Məclisi BƏƏ və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verib.
“Əgər ilk dəfə 2017-ci ilin may ayında keçirilən Ticarət Məclisinin 9 iştirakçısı var idisə, bu gün onların sayı 34-dür. 2017-ci ilin mart ayına qədər iki ölkə arasında uçuşlar həyata keçirən yalnız iki BƏƏ şirkəti var idisə (“Fly Dubai” və “Air Arabia”) bu gün artıq üç şirkət uçuşlar keçirir. Belə ki, üçüncü şirkət yəni “Etihad” Hava Yolları şirkəti BƏƏ-nin ikinci ən böyük hava yolları şirkətidir”-deyə səfir bildirib.
Səfir qeyd edib ki, 2016-cı ildə BƏƏ-dən Azərbaycana qeyri-neft ixracatının həcmi 49.6 milyon ABŞ dolları olubsa, 2017-ci ildə bu rəqəm 60 milyon ABŞ dollarına çatıb.
“2016-cı ildə Azərbaycandan BƏƏ-yə qeyri- neft idxalının həcmi 2.9 milyon ABŞ dolları idisə, 2017-ci ildə bu rəqəm 5.4 milyon ABŞ dollarına çatıb.
Azərbaycan Dubayda keçirilmiş qida sərgisində uğurla iştirak edib. Həmçinin BƏƏ şirkətləri də Bakıda keçirilən sərgilərdə iştirak ediblər.
BƏƏ bazarlarında Azərbaycan istehsalı olan təbii şirələrə, mineral sulara, konservləşdirilmiş ərzaq məhsullarına, ət məhsullarına və müxtəlif meyvə çeşidlərinə rast gəlmək olar”.
Səfir həmçinin ticarət əlaqələrinə, xüsusən maliyyə sektorundakı çətinlik və problemlərə də toxunub.
“BƏƏ-Azərbaycan Ticarət Məclisi maliyyə şirkətlərini investorlar qarşısında duran bu problemlərin və çətinliklərin asanlaşdırılmasına yönəlmiş hədəflərə cəlb etməyə, müştərək layihələrin həyəta keçirilməsi yolu ilə ticari-iqtisadi əlaqələrin inkişaf yollarının öyrənilməsinə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi qarşısında duran çətinliklərin aradan qaldırılması üzərində işə, ticari və iqtisadi müxanizləri asanlaşdırmağa çağırır”-diplomat bildirib.
Fəxri qonaq qismində Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov çıxış edib.
Çıxışı zamanı səfirin böyük əhəmiyyət kəsb edən Ticarət Məclisini keçirmək təşəbbüsünü yüksək qiymətləndirib.

Bu xəbər oxundu
- - -