Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putin Trampla görüşməyə hazırdı

15.11.18, 11:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya prezidenti Vladimir Putin 30 noyabr – 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “G20” (“Böyük səkkizlik”) sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyə hazır olduğunu bəyan edib.
“Russia Today” xəbər verir ki, bu barədə Putin Sinqapurdakı III Rusiya-ASEAN sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Biz Parisdə görüşməyə hazır idik, amma artıq bildirmişdik ki, Fransa hökuməti və prezidentinin təşkil etdiyi belə bir böyük tədbirə maneçilik yaratmaq istəmədik. Bu, doğrudan da böyük tədbir idi. Orada 90 ölkənin dövlət və hökumət başçısı iştirak edirdi. Bu səbbədən də, orada normal, tam formatlı iş təşkil etmək kifayət qədər çətin idi. Bu səbəbdən razılaşdıq ki, Buenos-Ayresdə görüşək. Əgər görüş alınsa, onda öz tərəfimizdən biz buna hazırıq”, – Putin deyib.

Bu xəbər oxundu
- - -