Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Libermanın belə asanlıqla istefa verməsi bəzi suallar yaradır”

16.11.18, 8:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Uzun illər Netanyahunun silahdaşı olmuş, etibar etdiyi, fikirlərinin həmişə üst-üstə düşdüyü Libermanın belə asanlıqla istefa verməsi bəzi suallar yaradır.
Bu sözləri beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, doğrudur, son baş verənlərdən sonra İsrailin müdafiə nazirinin istefa verməsi gözlənilən idi:
“Hələ bir müddət öncə İsrailin Fələstin tərəfi ilə Qəzza sektorunda atəşkəs sazişi danışıqları apardığı vaxt Liberman bunun əleyinə çıxmışdı. O, İsrail hökumətində problemlə bağlı ən barışmaz nazir olaraq fikirlərini həmişə deyib. Saziş bağlandıqdan sonra isə istefa verdiyini elan etdi. Liberman İsrail hökumətində sıradan bir nazir deyil. O, 2016-cı ildən müdafiə naziri olub. Buna qədər isə yenə də Netanyahu hökumətində xarici işlər naziri olub və Bizim Ev İsraildir Partiyasının lideri olaraq Netanyahunun Likud Partiyası ilə koalisiyada idi. O, istefasından sonra koalisiyadan cıxdığını bəyan edərək müxalifətə keçdiyini elan edib. Libermanın istefasından sonra partiyasından olan digər nazir Sofa Landverin istefası bu fikirləri daha da bərkidir. Bizim Ev İsraildir Partiyası koalisiyadan çıxsa belə, parlamentdə az üstünlüklə də olsa, Likud yenə çoxluq təşkil edir”.
Ekspert vurğulayıb ki, Libermanın müxalifətə keçməsi hakimiyyət içində problemlər yarada bilər:
“Məsələyə bir başqa tərəfdən baxanda fərqli mənzərəni müşahidə etmək olar. Əslində Benyamin Netanyahu Fələstin məsələsində Libermandan daha barışmaz və prinsipial olub. Bu gün onun fikirlərindən geri çəkilməsi inandırıcı deyil. Amma baş nazir olaraq bölgədəki siyasi proseslərdə təsir imkanlarını bərkitmək üçün Fələstinlə bu razılaşmanı məqbul hesab edib”.
Ekspert bunun razılaşdırılmış istefa ola biləciyi ilə bağlı şübhələrin yarandığını da qeyd edib:
“Məqsəd atəşkəs olsa da, bu atəşkəsin əleyhinə olan güclərin mövcudluğunu göstərməkdir. Amma bu da bir ehtimaldır. Reallıq isə odur ki, Liberman müxalifətə keçdiyini bəyan edib və bu o deməkdir ki, tərəfdarları ilə hakimiyyət uğrunda mübarizəyə başlayır. Təsadüfi deyil ki, o, hökuməti növbədənkənar parlament seçkilərini keçirməyə çağırıb. Hazırda onun yerinə kimin müdafiə naziri olmacağı blinmir”.
Qeyd edək ki, Liberman dünən istefaya gedib. O, istefasına səbəb kimi hökumətin HƏMAS-la bağlı apardığı siyasəti dəstəkləməməsini göstərib.

Bu xəbər oxundu
- - -