Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bako Saakyanın səfərləri qeyri-rəsmidir”

16.11.18, 10:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bako Saakyanın səfərləri qeyri-rəsmidir. Faktiki olaraq o rəsmi bir insan deyil, adi bir şəxsdir. Bu adam özü özünə və ya onun ətrafında toplaşan bir yığım insanın ona “prezident” deməyi ilə rəsmi status almır”. Bu fikri politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Azərbaycan dövləti qondarma Dağlıq Qarabağ Respublikası deyilən ərazilərdə baş verən biabrçılıqların hamısını diqqət mərkəzində saxlayır: “Bu rejimin xaricdə “qurduğu” əlaqələrin hamısı boş piar aksiyalarından başqa bir şey deyil. Burda tanınmamış dövlətin hər hansı bir iş görəcəyindən söhbət gedə bilməz. Ermənistan dövləti bu qondarma rejimin himayəçisi, onun ilhamvericisi kimi özü xarici ölkələrlə münasibətlərdə olmazın əziyyətlərini çəkir və qurduğu münasibətlərdən heç bir səmərə götürə bilmir, onda onun burnundan düşmüş bu heç kəs tərəfindən tanınmamış rejim nə edə bilər? Sadəcə olaraq, bunlar Azərbaycanın siyasi elitasını belə aşağı, cılız gedişlərlə həm qıcıqlandırmağa çalışırlar, həm də öz ətraflarında tutarlı və müsbət bir təsəvvürlər yaratmağa cəhd göstərirlər. Amma həmin bu cəhdlər əbəsdir, çünki Azərbaycan dövlətinin dünyada geosiyasi çəkisi ildən-ilə artır”.
Politoloq qeyd edib ki, bütün ölkələr istər Fransa, istər ABŞ, istərsə də Rusiya Azərbaycanla iş birliyinə çox böyük həvəslə gedirlər. Bu münasibətlərdən də böyük qazanclar əldə edirlər. Həmin o qazancları və mənfəəti təhlükə altına qoymamaq üçün bu dövlətlər bu tip adamların – Saakyanlar, Köçəryanlar, Sarkisyanların gəliş-gedişinə əlbəttə, göz yumurlar və anlayırlar ki, belə lazımsız hərəkətlərdən heç bir səmərə olmayacaq. Həm də onlara rədd cavabı verə bilmirlər, çünki onların ölkələrinin qanunları var, əgər viza alıb gəlirlərsə, qoy, gəlsinlər. Saakyanların keçirdiyi lazımsız səviyyədə olan görüşlərdə Fransa yaxud digər ölkələrin rəsmiləri ilə danışıq apara bilmirlər. Həmçinin onların statusları da bir-birinə uyğun deyil. Azərbaycan dövləti ilə olan münasibətlər nəhəng ölkələr üçün daha vacibdir və onlar onun qədir-qiymətini də bilir, eyni zamanda qorumağa çalışırlar”.

Bu xəbər oxundu
- - -