Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

16.11.18, 10:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-da səfərdə olan Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Kaliforniyada yaşayan soydaşlarımız və diaspor təşkilatlarının fəalları ilə görüşüb.
Komitədən verilən məlumata görə, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunda keçirilən görüşdə Azərbaycan dövlətinin diaspor siyasətini və Dövlət Komitəsinin son 6 ayda gördüyü işləri əks etdirən bir neçə videoçarx nümayiş olunub. Sonra Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayev görüş iştirakçılarını salamlayaraq, Kaliforniyadakı Azərbaycan icması və bu icma ilə əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, bu gün 1 milyondan çox erməninin yaşadığı Kaliforniyada Azərbaycan icmasının birgə fəaliyyət göstərərək daha da güclənməsi böyük önəm kəsb edir.
Nümayəndə heyətinin rəhbəri, Dövlət Komitəsinin sədri Fuad Muradov isə çıxış edərək Azərbaycan dövlətinin diaspor siyasətinin əsas istiqamətlərini, gözləntilərini və hədəflərini diqqətə çatdırıb. Dövlət Komitəsinin rəhbəri, eyni zamanda son 7 ayda Azərbaycan diaspor nümayəndələri ilə görüşlər, görülən işlər barədə danışıb. Azərbaycanlıların Koordinasiya Şuraları haqqında söz açan Dövlət Komitəsinin sədri ayrı-ayrı dövlətlərin diaspor siyasəti ilə məşğul olan dövlət qurumları ilə əməkdaşlıq, ölkəmizə dost xalqların diaspor rəhbərləri ilə görüşlər, milli-mədəni irsimizin və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlər, eləcə də komitənin gələcək planları barədə geniş məlumat verib.
Görüş zamanı soydaşlarımızı maraqlandırılan suallar cavablandırılıb, onları narahat edən məsələlər və diaspor fəaliyyəti ilə bağlı təklifləri dinlənilib. ABŞ-da yaşayan həmyerlilərimizin daha səmərəli fəaliyyət istiqamətləri müzakirə olunaraq müvafiq razılaşmalar əldə edilib.

Bu xəbər oxundu
- - -