Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti”

16.11.18, 12:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb. Monoqrafiya müasir qloballaşan dünyada Azərbaycan Respublikasında xarici dillər tədrisinin təkmilləşməsi üçün dilçilik sahəsində mövcud olan kommunikasiya terminlərinin izahını nəzərdə tutur. Kommunikasiya terminləri və onların izahı müxtəlif sistemli dillərə aid olan Azərbaycan, ingilis və rus dillərində verilir. Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” müəllifin 20-ci monoqrafiyasıdır.
Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı dilçi alimlərimizin qarşısında mühüm vəzifələr qoyur. Professor Nigar Vəliyevanın hazırladığı lüğət bu baxımdan dilçilik elminə, tərcümə sahəsinə dəyərli töhfədir.
Dilçi alimin bu monoqrafiyada gördüyü mühüm işlərdən biri sözlərin mənasının izahı zamanı üç dilin çərçivəsi ilə məhdudlaşmayıb, ingilis dilinin Amerika variantına, fransız, yunan, ispan, italyan və latın dillərinə müraciət etməsidir. Digər tərəfdən isə dilimizdə işlətdiyimiz sözlərin məna çalarlarını və incəliklərini hər üç dildə geniş auditoriyaya çatdırmasıdır. Məsələn, bu gün “ambisiya” sözü yerinə düşdü-düşmədi çox işlədilir. Bu lüğətdə isə həmin sözün məna çalarları, həmçinin latın, ingilis dilinin Amerika variantı, fransız dilləri əsasında diqqətə çatdırılıb. Ambisiya (Lat. “ambition”, şöhrətbazlıq, məğrurluq, qürrə) – ambition (pointed vanity, Am. empleomania, Fr. amour-propre, the overspeed pretensions, a man’s expressiveness of the motives concerning an achievement of the championship, tendency to love of the fame, to get premium or any kind of reward, a honorary position in any kind of activity’s sphere) – амбиция (честолюбие, обостренное самолюбие, самомнение, завышенные претензии, выраженность в личности мотивов достижения первенства, стремление к славе, получению наград, к почетному положению в какой-либо области жизнедеятельности). Yaxud “efemizm” sözündə onun yunan variantı (Gr. “euphemisos” – “eu” – yaxşı, yumşaq tərzdə, “phemi” - danışıram) da diqqətə çatdırılıb. Lüğətdə yer alan əhatəli məlumatlar sözün leksik tutumu və işlək dairəsi haqqında aydın təsəvvür yaradır.

Bu xəbər oxundu
- - -