Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bizim mövqeyimiz prinsipial və şəffafdır”

06.12.18, 11:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fikrət Sadıqov: “Biz “hamının-hamıya” prinsipi ilə girovları dəyişdirməyə hazırıq”

“Girovların azad olunması məsələsində bizim mövqeyimiz çox konkret, prinsipial və şəffafdır. Biz “hamının-hamıya” prinsipi ilə girovları dəyişdirməyə hazırıq”. Bunu Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, prinsipi Azərbaycan təklif edib, amma bu, Ermənistanı qane edən bir məsələ deyil: “Çünki Ermənistan müxtəlif bəhanələrlə bundan imtina edir, fərqli səbəblər irəli sürür, bizi nədəsə günahlandırır. İş orasındadır ki, bu təklifdən imtina Ermənistan cəmiyyəti tərəfindən də çox mənfi qəbul olunan faktordur. Çünki burda əsirlikdə saxlanılan bir çox hərbiçilərin anaları və ailə üzvləri artıq Paşinyana qarşı çıxış edirlər, məktublar yazırlar, hesab edirlər ki, o özünü düzgün aparmır və buna razılıq verməlidir”.
Politoloq əlavə edib ki, bu, bizim prinsipial mövqeyimizdir və bundan imtina etməyəcəyik: “Ermənistanın diktası ilə oturub durmayacağıq və əgər onlar öz vətəndaşlarını öz vətəninə qaytarmaq istəyirlərsə buna əməl etməlidirlər. Onların bundan başqa bir çıxış yolu da yoxdur”.
Qeyd edək ki, ATƏT PA-nın prezidenti Corc Sereteli Azərbaycanın girovlarla bağlı bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını bildirib.

Bu xəbər oxundu
- - -