Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Admiral Cavadov: həyatı və döyüş yolu“

06.12.18, 12:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun Azərbaycanın görkəmli hərbi və dövlət xadimi, kontr-admiral Cəlil Cavadova həsr olunmuş "Admiral Cavadov: həyatı və döyüş yolu" kitabı işıq üzü görüb. Nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, hərbi məsləhətçi ehtiyatda olan 1 dərəcəli kapitan, t.e.d. Nurulla Əliyevdir. Kitab Azərbaycan və Rusiya arxivləri, muzeylər, fərdi kolleksiyalarda olan tarixi materiallar əsasında hazırlanıb. Əsərdə təqdim edilən materialların böyük əksəriyyəti ilk dəfədir ki, nəşr edilib. Kitabda çoxsaylı tarixi fotoşəkillər, arxiv sənədlərinin surətləri təqdim edilib. Yeni nəşr hərbi vətənpərvərlik tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.

Bu xəbər oxundu
- - -