Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşınyan özü dayanmasa, biz onu dayandırarıq...

11.12.18, 14:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əslində Ermənistan rəhbərlərinin belə bəyanatları yenilik deyil. Onların sərsəm bəyanatlarını azərbaycan xalqı çox eşidib və bunların boş sözdən başqa bir şey olmadığını bilir. Bəs erməni rəhbərinin dəyişməsilə verilən bəyanətların mahiyyəti dəyişirmi? Əlbəttə ki YOX! Ermənistanda seçkilər bitdi-bitmədi yeni seçilmiş baş nazir Nikol Paşınyan sərsəmləməyə başladı. Xarici jurnalistlərə müsahibə verən Paşınyan Türkiyə ilə münasibətlərin tənzimlənməsi üçün ilkin şərt olmadan danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Güya ki, bu bədbəxt məxluqun rəhbərlik etdiyi bədbəxt məmləkətlə əməkdaşlıq elə hamının arzusunda olduğu bi nəaliyyətdir.
Paşınyan hələ seçkilərdən əvvəl beynəlxalq münasibətlərə aid bir neçə bəyanat verib ki, onların hamısı Nikolun sərəsəmliyini nümayiş etdirib. Xatırlayaq: Hakimiyyəti ələ keçirdikdən dərhal sonra o bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda Yerevan yox, Qarabağ nümayəndələri iştirak etməlidir. Qısa zaman ərzində sərsəriyə izah olundu ki, qanmadığı şey haqqında danışmasın və bu mövzu bağlandı. Lakin bir qədər sonra Paşinyandan daha bir sərsəm bəyanat Belarusun ünvanına səsləndirildi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın rəhbəri Təşkilat üzvlərindən onunla məsləhətləşməmiş ciddi qərar qəbul etməmələrini, ermənilərin yola getmədikləri dövlətlərlə əməkdaşlıq etməməyi tələb etdi. Amma elə bu bəyanatının da cavabı onun üçün ürək açan olmadı. Təşkilat üzvləri Paşınyana məhəl qoyamadan Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq münasibətlərini davam etdirmək və daha da dərinləşdirməklə cavab verdilər.
Amma Paşınyan bu biabırçılıqlar silsiləsini davam etdirmək niyyətindədir. İndi də bəyanatlar Türkiyəyə ünvanlanıb. Hamıya meydan sulayan Nikol Türkiyəyə minnət qoyaraq ilkin şərtsiz danışıqlara hazır olduğunu bildirir. Osmanlı imperiyasına qarşı əsassız olaraq irəli sürülən soyqırım ittihamlarının əsassız olduğunu etiraf etmədən, Türkiyənin qardaş dövləti və ən yaxın müttəfiqi olan Azərbaycana qarşı təcavüzünü dayandırmadan Ankara ilə münasibətlərin tənzimləndirilməsinə dair danışıqların başlanılması hansı məntiqə söykənir? Bu yerdə ölməz komediyadan olan replika yada düşür: mənə meymun dediyi bəs deyil...
Əslində Paşınyanın bu bəyanatına yer ayırmağımın məqsədi var. Onun sərsəm olduğunu deyəsən onun özü və yaxınlarından başqa hamı anlamağa başlayıb. Ermənistandakı səsvermədə onun başçılıq etdiyi partiyasının qalib gəlsə də, zəyif nəticə göstərməsi, erməni cəmiyyətinin də gözünün tədricən açıldığını göstərir. Sarqsyan-Köçaryan tandeminin özbaşınalığından bezən xalq yolçu (yolda gəzən) Paşınyana dəstək oldu. Prosesi kənardan idarə edən qüvvələrin düşüncələri özünü qismən doğrultdu: Sarqsyan və Köçaryan kimi qatillərin öhdəsindən hazırki vəziyyətdə yalnız həyasız siyasətçi gələ bilərdi. Amma ermənilərin Paşınyana olan ümüdləri deyəsən özünü doğrultmadı. Bundan o yana boşboğazlıq və məsuliyyətsiz bəyanatlar yox, real iş zamanıdır. Böyük siyasətdə boş vədlər və sərsəm bəyanatlar cavabsız qalmır.
Odur ki, ya tezliklə Paşınyan vəzifəsinin məsuliyyətini dərk edərək, sərsəm bəyanatlardan əl çəkəcək, real iş görməyə başlayacaq, qonşularla münasibətlərin tənzimlənməsinə başlayacaq, işğalçılıq siyasətinə son qayacaq. Ya da ...

Nadir Şəfiyev

Bu xəbər oxundu
- - -