Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Lavrov və Çavuşoğlu Bakıda nələri müzakirə ediblər?

14.12.18, 9:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
Görüş barədə jurnalistlərə açıqlama verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, rusiyalı həmkarı ilə bir sıra məsələləri müzakirə edib
"Rusiyalı həmkarımla ikitərəfli məsələləri, ticarət, viza rejiminin mərhələli şəkildə aradan qaldırılması, birgə layihələrin həyata keçirilməsini müzakirə etdik. Biz Suriya, İdlibdəki vəziyyəti və digər regional məsələlər ətrafında fikir mübadiləsi apardıq", - Çavuşoğlu deyib.
XİN rəhbəri qeyd edib ki, Türkiyə və Rusiya prezidentləri arasında çox sıx dialoq mövcuddur, onlar davamlı olaraq görüşür, telefonda danışırlar: "Biz onların birgə qəbul etdikləri qərarları nəzərdən keçirdik. Həmçinin Kerç boğazında baş verən insident ətrafında müzakirə apardıq".

Bu xəbər oxundu
- - -