Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-ın Azərbaycandakı yeni səfiri kimdir?

14.12.18, 9:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ Senatı Earle D.Litzenbergerin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib. Onu bu vəzifəyə Prezident Donald Trump irəli sürmüşdü.
İndiyədək Litzenberg Birləşmiş Ştatların Serbiyada, Qırğızıstandakı səfirliklərində, eləcə də ABŞ-ın NATO missiyasında çalışıb.
O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda aparıcı məsləhətçidir.
Yeni səfirin fransız, rus, serb-xorvat və bolqar dillərini bildiyi xəbər verilir.
Xatırladaq ki, indiyə kimi ABŞ hökumətinin Azərbaycana aşağıdakı səfir təyinatları olub.
İlk təyin olunmuş səfir Robert Finn 1992-ci ildə bir neçə ay ərzində bu postu tutub. 1992-ci ilin mart ayında ABŞ-ın Bakıda diplomatik missiyasını o açıb və üç il səfirliyə başçılıq edib.
Daha sonra Riçard Mayls 1992-ci ildən 1993-cü ilə kimi Amerikanın Azərbaycandakı səfiri olub.
Digər səfirlər - Riçard Kozlariç (1994-1997), Stenli Eskudero (1997-2000), Ross Uilson (2000-2003), Rino Haniş (2003-2006), Enn Dersi (2006-2009), Metyu Brayza (2011-2012), Riçard Morniqstar (2012 -2014), Robert Sekuta (2015-2018).

Bu xəbər oxundu
- - -