Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Putinin Paşinyanı təbrik etməməsinin səbəbini...”

14.12.18, 10:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qabil Hüseynli: “Zaxarova çox təhqiramiz və ikibaşlı şəkildə izah edib”

Nəzakət Məmmədova: “Paşinyanı saymadığını nümayiş etdirir”

Ermənistanda seçkilərindən sonra maraqlı hadisələr baş verir. Hazırda erməni mediasının gündəmində olan məsələlərdən biri Rusiya prezidenti Vladimir Putinin təbrik etməməsi və Paşinyanın Homoseksual və transseksuallara verdiyi dəstək və klriminal aləmlə bağlılığıdır. Ermənistanın Aysor.am saytı cinsiyyətlərini dəyişmiş şəxslərin arayışsız şəkildə ilk evliliklərinin qeydə alınması barədə yazıb: “Hüquq tərəfində” adlı ictimai təşkilat bu günlərdə Facebook-dakı rəsmi səhifəsində bəyanat yayaraq qeyd edib ki, nikah şöbəsi cinsiyyətlərini və adlarını dəyişmiş şəxslərin rəsmi olaraq qeydiyyata alınmasına yaşıl işıq yandırıb. Bu gün ilk dəfə nikah şöbəsi və ədliyyə nazirliyi qanuni şəkildə transseksualların adlarını arayışsız və “transseksualizm” diqanozu müəyyənləşdirmədən təsdiqləyib, hansı ki, daha öncə bu sənədlər tələb olunurdu”. “Hüquq tərəfində” adlı QHT qürurla bizim cəmiyyəti yeni uğur münasibəti ilə təbrik edir. O cümlədən, ədliyyə nazirliyinə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.
Prezident Vladimir Putinin Ermənistanda keçirilən seçkidə qələbə qazanan Nikol Paşinyanı hələ də təbrik etməməsinin səbəblərinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova unikal formada aydınlıq gətirib. Zaxarova erməni mediasının bu yöndə sualına cavab olaraq deyib: “Mənə elə gəlir ki, bu, sənə dəfələrlə etiraf etməyini bilə-bilə kişidən onu sevib-sevmədiyini soruşmağa bənzəyir”.
"Tert.am" saytının əməkdaşının “Əvvəlki seçkilərdə Rusiya rəhbərliyi tərəfindən təbrik oldu, indi də təbrik olacaqmı” sualına Zaxarova deyib: “Mən artıq bu suala cavab verdim”.
Zaxarovanın jurnalistlərin “Əvvəlki seçkilərdə Rusiya rəhbərliyi tərəfindən təbrik oldu, indi də təbrik olacaqmı” sualına verdiyi cavabı şərh edən politoloq Qabil Hüseynli deyib ki, Putinin Paşinyanı təbrik etməməsinin səbəbini Zaxarova çox təhqiramiz və ikibaşlı şəkildə izah edib. O bildirib ki, Zaxarovanın ifadəsini təhlil etsək, müxtəlif yozumlara və mənalara gəlib çıxmaq olar: “Bu onu göstərir ki, rəsmi Kremldə Ermənistanla bağlı çox ciddi tərəddüdlər var. Bu tərəddüdlər hələ ki, formalaşıb qəti bir nəticəyə gəlib çıxmayıb. Amma Ermənistanla bağlı məsələlərdə Kreml çox ehtiyatlı davranmağa çalışır. Bir sözlə, əvvəllər olduğu kimi Rusiya Ermənistanı əzizləyib sinəsinə basmağa hazır deyil. Digər tərəfdən Rusiya avtoritar rejimdir. Belə rejimlər özünə yaxın olan dövlətləri (rejimləri) hətta seçkilərin nəticələri elan edilmədən təbrik edir. Ermənistanda istər Köçəryan, istərsə də Sərkisyan dövründə seçkilərin rəsmi nəticələri elan edilmədən Rusiya prosesləri qabaqlayaraq onları təbrik edirdi”.
Politoloq vurğulayıb ki, indi Paşinyanın Rusiya tərəfindən təbrik edilməməsi Rusiya-Ermənistan münasibətlərində mövcud problemlərin nə qədər dərin olduğunun və getdikcə də artdığının əyani sübutudur:
“Bundan sonra Putin Paşinyanı təbrik etsə də, bu gecikmiş, protokol qaydalarına, nəzakət xatirinə edilmiş olacaq. Yəni əsaslı mahiyyət daşımayacaq. Burada maraqlı məqam odur ki, Ermənistanın KTMT-də olan digər müttəfiqləri də hələ Paşinyanı təbrik etməyib. Bu da həmin dövlətlərin də Paşinyana qarşı çox tərəddüdlü mövqedə olmaları ilə bağlıdır. Çünki Paşinyan inidiyə qədər öz davranışları, siyasi bəyanatları ilə dünya ictimai rəyində təzadlı və aydın mövqeyə malik olmayan bir siyasətçi kimi tanınır. Bu səbəbdən də onun hakimiyyətdə tam möhkəmləndikdən sonra hansı siyasi xətt üzrə gedəcəyi barədə birmənalı fikirlər səsləndirilmir”.
Politoloqun sözlərinə görə, Paşinyan əvvəl yol verdiyi səhvlərin nəticələrini, bəhrəsini dadmaqdadır: “Qərb də tərəddüdlü mövqedədir. Əvvəla, Qərb belə hesab edir ki, nə olur-olsun Ermənistan Rusiyanın ağuşundan çıxmayacaq. Çıxsa da, onu böyük fəlakətlər gözləyə bilər. Necə ki, vaxtı ilə Ermənistan parlamentində gülləbaran hadisəsi baş verdi. Orada Rusiyanın cızdığı xətdən kənara çıxan adamların hamısı sıradan çıxarıldı. İndi də Rusiya həm zorbalıq nümayiş etdirir, həm də Paşinyana öz yerini göstərməyə çalışır. Paşinyanın “gəlin, bir-birimizin daxili işlərinə qarışmayaq” kimi vaxtı ilə Putinə söylədiyi ifadələrdən yola çıxaraq, Putin də bu gün ona belə bir münasibət sərgiləyir”.
Politoloq qeyd edib ki, Paşinyana qarşı AB müəyyən həmrəylik nümayiş etdirir: “Amma Ermənistan üçün ən əhəmiyyətlisi Rusiyanın təbriki və münasibətidir. O münasibət də ortada yoxdur. Bu o deməkdir ki, gələcəkdə Ermənistanın yeni baş naziri Paşinyan ya gedib Putinin ayağına düşməli, ona olan sədaqətini yalvara-yalvara göstərməli, ya da bu münasibətlər gərginləşən xətt üzrə davam etməlidir. Kifayət qədər ziddiyyətli və bəzi məqamlarda başa düşülməsi çətin olan vəziyyət yaranıb. Bu vəziyyətin yaranmasında da Paşinyanın özü çox böyük rol oynayıb. Hazırda Paşinyan “nə tökərsən aşına, o da çıxar qaşığına” prinsipi üzrə seçkidən əvvəl özünün yol verdiyi siyasi yanlışların nəticəsini dadmaqdadır. Yəqin ki, bütün bunlar gələcəkdə Paşinyana xalqa verdiyi vədlərin yerinə yetirilməsində çox ciddi çətinliklər yaradacaq”.
Politoloq Nəzakət Məmmədova bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda keçirilmiş parlament seçkilərində qalib gələn “Mənim Addımım” blokunun rəhbəri Nikol Paşinyanı təbrik etməməsi, Paşinyanın fəaliyyətindən razı qalmadığının aşkar göstəricisidir: “Necə ola bilər ki, Putin keçmiş prezident Robert Köçəryanı ad günündə şəxsən zəng edib təbrik etdi, amma bu ölkədə ali rəsmi vəzifəyə seçilmiş Paşinyanı təbrik etmədi?”
Ekspert hesab edir ki, belə bir təbrik ilk növbədə iki ölkə arasında hələ də de-yure mövcud olan müttəfiqlik münasibəti, habelə diplomatik nəzakət qaydaları tələb edir: “Deməli, bununla Putin Paşinyana olan mənfi münasibətini ortaya qoymaqla yanaşı, həm də Rusiyanın dövlət başçısı kimi Ermənistanın baş nazirinə etimad göstərmədiyini, rəğbət bəsləmədiyini göstərmiş oldu. Halbuki, Paşinyan bu ilin may ayının 8-də birinci dəfə baş nazir seçilərkən Putin ona təbrik teleqramı göndərmişdi, eləcə də Medvedev… Lakin bu gün Ermənistan baş naziri Rusiya dövlət başçısından təbrik almadı.
Putinlə yanaşı, Paşinyanı Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri də təbrik etməyib. Bu, Paşnyanın KTMT və Avrasiya Birliyində diskreditasiya edilməsinin davamıdır. Bu, eyni zamanda, Paşinyanın və onun siyasətinin Rusiya ilə birgə onun müttəfiqləri tərəfindən də qəbul edilmədiyini göstərir”.
Nəzakət Məmmədova hesab edir ki, Nikol Paşinyan bir dövlət başçısı kimi Rusiya prezidentinin sevmədiyi şəxslərin sırasına daxildir: “Deyilənə görə, Putinin hörmətlə yanaşmadığı şəxsləri, o cümlədən dövlət və hökumət başçılarını gözlətmək, görüşə vaxtından gec gəlmək xüsusiyyəti var. Bu, diplomatik etikada həm də qarşı tərəfə saymazlıq deməkdir. Eynilə, təbrik teleqramı göndərilməməsi də, yaxud gecikdirilməsi də saymazlığın nümayişi deməkdir.
Putin bundan sonra təbrik teleqramı göndərsə belə, bu saymazlığın, hörmətsizliyin aradan qaldırılması olmayacaq. Həm də, teleqramın göndərilməsi Paşinyanın Rusiyaya etdiyi bütün hərəkətlərin - Köçəryanın həbsi, Xaçaturovun ev dustaqlığı, Respublikaçı Partiyasının parlamentdən uzaqlaşdırılması, ümumiyyətlə, Paşinyan hakimiyyətinin legitimliyini tanımaq deməkdir.
Təbii ki, ABŞ-a, NATO-ya, dünyaya meydan oxuyan Putin kimi bir lider Paşinyana təbrik göndərib bununla onun Rusiyaya qarşı etdiklərinə legitimlik qazandırıb, baş verənləri görməzlikdən gələ bilməz. Odur ki, təbrikin indiyədək gecikməsi Rusiya-Ermənistan münasibətlərinin qarşıda necə olacağına işıq tutmaqla yanaşı, Putinin Paşinyanı legitim lider kimi qəbul edib onunla əməkdaşlıq etmək istəmədiyini göstərir”.
“Cənubi Qafqaz politoloqlar klubu”nun rəhbəri İlqar Vəlizadə isə diqqətə çatdırıb ki, Ermənistanda daxili siyasətin formalaşmasında kriminal qrupların rolu ona görə böyükdür ki, onların böyük biznesi var və bu biznes külli miqdarda insanı iş yerləri ilə təmin edir: “Bundan əvvəlki parlamentdə kriminal qruplar deputatlarının timsalında açıq-aşkar fəaliyyət göstərirdilər. Hətta insanlar onları adları yox, daha çox ləqəbləri ilə tanıyırdı. Düzdür, dekabrın 9-dakı seçkilərdən sonra həmin adamlar özləri birbaşa parlamentdə olmayacaqlar. Amma güman etmək olar ki, özləri olmasa da, onları yaxın adamları, sıx bağlı olduqları şəxslər təmsil edəcəklər.
Ümumiyyətlə, Ermənistanda orta və daha çox iri biznesin nümayəndələri kriminal aləmlə sıx bağlıdırlar. Çünki illərdir bu ölkədə kriminal sxem fəaliyyət göstərib. Paşinyan deyir ki, guya korrupsiya ilə mübarizə aparır. Lakin bu "mübarizə"nin də müəyyən çərçivələri var.
Bundan əlavə, inanmıram ki, Paşinyan erməni siyasətində faktor rolunu oynayan kriminal elementlərlə açıq mübarizəyə girə bilsin. Çünki onsuz da hazırda hakimiyyət dəyişikliyindən sonra Ermənistandan pul axını müşahidə olunur. Əgər belə bir mübarizə başlasa, o zaman bu axın birə on artacaq. Onun da əksəriyyəti biznes pullarıdır. Amma yenə də qeyri-müəyyənlik qalır. Paşinyan bir tərəfdən ölkədə guya korrupsiya, qanunsuzluqla mübarizə aparır, digər tərəfdən kriminal qruplarla əlaqələri gücləndirməyə çalışır... Bu necə mümkün ola bilər?!"
İ.Vəlizadə qeyd edib ki, burda yenilik Paşinyanın kriminal aləmi öz qaydaları ilə oymağa məcbur etmək istəyi ilə bağlıdır: "Paşinyan ölkənin köhnə rəhbərliyindən fərqli olaraq ortaya yeni qaydalar qoyur. Yəni öz qaydaları ilə oynamağa çalışır. Əgər kriminal aləm onun iqtidarı ilə münasibət qurmaq istəsə, işlər Paşinyanın cızdığı planlar, qoyduğu qaydalar üzrə getməlidir. Lakin ola bilər ki, kriminal "avtoritet"lərin bir qismi bunu istəməsin. O zaman onlara qarşı "antikorrupsion mübarizə sxemi" işə düşəcək. Bu sxem Paşinyanın əlində onun siyasəti ilə razılaşmayan insanlara qarşı bir təzyiq alətidir".

Əli

Bu xəbər oxundu
- - -