Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan KTMT üzvlərinə güzəştə getməlidir“

14.12.18, 11:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə belaruslu namizədin əleyhinə çıxış etməsinə görə narazılığını bildirib.
Aleksandr Lukaşenko qeyd edib ki, KTMT baş katibini seçə bilməməyimiz rüsvayçılıqdır: “Ümumiyyətlə, Ermənistan rəhbərliyi KTMT-nin digər ölkələrinə güzəştə getməlidir. Çünki məhz onlar təşkilatı daxili siyasi problemlərinə bulaşdırıb", - Aleksandr Lukaşenko Minskdə Rusiya KİV-i üçün keçirdiyi mətbuat konfransında deyib.
Belarus Prezidenti namizəd kimi irəli sürülən Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasa KTMT ölkələrinin hər birinə, o cümlədən Ermənistana səfər etməyi təklif etdiyini xatırladıb: “Onun namizədliyi ilə razılaşmaya, öz prinsiplərinizə sadiq qala bilərsiniz. Amma onunla danışın. Bəlkə, o, sizin üçün hər hansı bir ermənidən daha yaxşıdır. Belaruslardan niyə axı qorxursunuz?!”.

Bu xəbər oxundu
- - -