Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ankara hərbi əməliyyatdan vaz keçməyəcək

17.12.18, 12:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Münbiçdə nə olursa-olsun, Türkiyə Fəratın şərqindəki hərbi əməliyyatdan vaz keçməyəcək”. Bu sözləri Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazarı Məhəmməd Acət qeyd edib. Yazar bildirib ki, Ankaranın əsl məqsədi qısa müddətdə Münbiçi terrorçulardan təmizləməkdən ibarət deyil. Onun mövzu ilə bağlı qələmə aldığı məqaləsini təqdim edirik.
“Fəratın şərqində, ABŞ-ın mühafizə çətiri altında onları günəşli günlərin gözlədiyini düşünən YPG terror təşkilatının qapısında alov var. İdarə heyətində PYD təşkilatının üzvlərinin çoxluq təşkil etdiyi Demokratik Suriya Qüvvələrinin siyasi qolu olan Suriya Demokratik Məclisinin vitse-prezidenti Riyad Dirarın sözlərindən bunu anlaya bilərik: ABŞ terrorçulara Türkiyənin ehtimal olunan hərbi əməliyyatlarına qarşı təminat vermir. Əsgərlər böyük hücum qarşısında dayana bilməz. Əsəd rejimi müdaxilə edib sərhədləri qorumalıdır. Bu bir-iki cümlə birdən çox ünvana göndərilən “SOS” mesajıdır. Təzyiqli bir hava və quru hücumu gücünə sahib olan Türkiyə Silahlı Qüvvələrinin qarşısında YPG-nin dayanmaq şansı Afrini terrorçulardan təmizləmək əməliyyatlarında üzə çıxıb.
Məsələ ilə bağlı ən əsas sual isə budur: ABŞ Türkiyənin hərəkatına necə münasibət göstərəcək? ABŞ Türkiyənin bu bölgələrə bir güllə atmasını belə istəmir. Daha öncə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarına qarşı ABŞ-ın göstərdiyi həssaslıqdan daha azını öz əlləri ilə inşa etdiyi bir layihəyə qarşı göstəməsini düşünmək yanlış olacaq.
Türkiyənin qətiyyəti, təzyiqi qarşısında ABŞ nə qədər geri çəkilə bilər? Ya da ABŞ hökuməti birinin (Türkiyəni) başını qarışdırıb, digərinə “hərəkət et” (terrorçular) deyəcəyi iki müttəfiqi arasında yeni bir balans qura bilərmi? Əgər ABŞ hər zaman olduğu kimi burada da praqmatik bir duruş sərgiləyəcəksə, Türkiyənin təzyiqi nəticə verə bilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fəratın şərqi üçün nəzərdə tutulan hərbi əməliyyatların başlanması siqnalını verəndən sonra ABŞ prezidenti Donald Tramp ona zəng edib. Tramp Ərdoğana “əsgərlərinizin olduğu yerlərin koordinatlarını bilirik. YPG-nin içində əsgərləriniz varsa, geri çəkin” deyib.
Əməliyyatlarda yanlışlıqla belə olsa, ABŞ əsgərlərinin zərər görməsi fəlakət ssenarisi olacaq. Lakin eyni vəziyyət Türkiyə üçün keçərlidir. Belə bir ehtimalın reallaşması iki tərəfi də yaralayacaq. Bu durumda Vaşinqton Anakara hərəkətə keçməzdən öncə bütün təzyiq aparatlarını işə salacaq. Ankaranı vaz keçirə bilməsə, əsgərlərini təhlükəsiz bölgələrə göndərəcək.
Tramp Ərdoğanla telefonda danışdıqdan sonra Ağ Ev adından sərt bir açıqlama verilməsi qərara alınıb. Lakin Rusiyanın Türkiyə-ABŞ münasibətlərini daha da gərginləşdirmək niyyətinin fərqində olan dairələr bu açıqlamanın verilməsinə əngəl olub. Bu günə qədər olduğu kimi təzyiqlə, bəlkə də, təhdidlə Türkiyənin hərəkətə keçməsinin qarşısını almaq”.

Bu xəbər oxundu
- - -