Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan tərəfi ilə danışıqlar aparmaq böyük bir kompromisdir”

18.12.18, 10:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Danışıqlar prosesində kompromis yanaşması Azərbaycanın mövqeyinin üstünlüyüdür”.
Bu fikri politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Azərbaycan tərəfi hər zaman kompromislərə hazır olduğunu bəyan edir: “Kompromis odur ki, Dağlıq Qarabağın statusu müzakirə olunanda erməni icmasının maraqları nəzərə alınacaq və bu maraqlar danışıqlar prosesinin əsas mövzularından biri olacaq. Yəni əgər mərhələli plandan danışsaq növbəti mərhələlərin birində bu məsələ predmetli şəkildə müzakirə olunacaq. Bu müzakirələrdə Dağlıq Qarabağ icmasının maraqları nəzərə alınacaq. Sözsüz ki, təkcə Dağlıq Qarabağ erməni icmasının deyil, Azərbaycan icmasının da maraqları nəzərə alınmalıdır. Bu proses qarşılıqlı şəkildə həyata keçirilməlidir”.
Politoloq qeyd edib ki, Ermənistan tərəfi Azərbaycan ərazisinin 20 % torpaqlarını 20 ildən artıqdır işğal edib: “Belə bir vəziyyətdə Ermənistan tərəfi ilə danışıqlar aparmaq, müzakirələr etmək özü-özlüyündə böyük bir kompromisdir. Biz hərbə yol vermirik. Münaqişənin həllində hərb yolu ilə hər hansı bir addımlar atmırıq”.

Bu xəbər oxundu
- - -