Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ötən il Qobustan Qoruğuna gedənlərin sayı 40 min nəfər artıb

10.01.19, 12:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib.
Bunu qoruğun direktoru Vüqar İsayev bildirib.
2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. Onun sözlərinə görə, 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır: “Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.

Bu xəbər oxundu
- - -