Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

40 minə yaxın “E-imza” sertifikatından istifadə edilib

11.01.19, 12:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən "E-imza” sertifikatlarının sayı 39 min 748 ədəd təşkil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, bu sertifikatlardan 15 min 254-ü dövlət qurumlarının, 14 min 900-ü hüquqi şəxslərin, 9 min 594-ü isə fiziki şəxslərin payına düşüb.
Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən sertifikatların sayı 26 min 568 (dövlət qurumları üzrə 9754, hüquqi şəxslər üzrə 9518, fiziki şəxslər üzrə 7296) olub.
İstifadəyə verildiyi gündən 2019-cu ilin yanvarın 1-dək olan statistikaya əsasən, ümumilikdə 166 min 890 “E-imza” sertifikatı təqdim edilib. Onlardan 91 min 206-sı dövlət qurumları, 41 min 612-si hüquqi şəxslər, 34 min 072-si isə fiziki şəxslər tərəfindən əldə olunub.
Son bir ayda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı isə 3146 olub. 2018-ci ilin dekabr ayında verilən sertifikatların 1834-ü dövlət qurumlarının, 828-i hüquqi şəxslərin, 484-ü isə fiziki şəxslərin payına düşüb. Bununla yanaşı, “E-imza” vasitəsilə həyata keçirilən əməliyyatların sayında da artım qeydə alınıb. Bu günə qədər dövlət qurumları tərəfindən 35 milyon 332 min 921, hüquqi və fiziki şəxslər tərəfindən 9 milyon 990 min 461 olmaqla, ümumilikdə 45 milyon 323 min 382 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci il ərzində isə aparılan əməliyyatların ümumi sayı 15 milyon 451 min 832 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 34 faizi deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 12 milyon 127 min 63, hüquqi və fiziki şəxslərin payına isə toplam 3 milyon 324 min 769 autentifikasiya və elektron imza əməliyyatı düşüb.
“E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Bu xəbər oxundu
- - -