Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

SOCAR istiqrazlarının növbəti faizləri ödəniləcək

11.01.19, 12:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yanvarın17-də SOCAR istiqrazları üzrə 2019-cu ilin ilk faiz ödənişi həyata keçiriləcək. “SOCAR Capital” şirkətindən bildirilib ki, hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,25 milyon dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb. SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5 faiz gəlir gətirən bu istiqrazların artıq sayca 9-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11 milyon 250 min dollara yüksəlmiş olacaq.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən gerialma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 milyon dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2018-ci ildə 800-dən çox əqd bağlanıb.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24 faiz, korporativ istiqraz bazarındakı payı isə 87 faiz təşkil edib.

Bu xəbər oxundu
- - -