Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Aktyoru yaşının çoxluğuna görə işdən çıxarmırlar”

15.01.19, 13:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tanınış teatrşünas İlham Rəhimli teatrlarda yaşlı aktyor və aktrisaların işdən çıxarılaraq təqaüdə göndərilməsinə etiraz edib və bununla bağlı sosial şəbəkədəki səhifəsində mövqeyini açıqlayıb.
Yazını oxucularımıza təqdim edirik:
“Dünyanın heç bir teatrında aktyoru və ya rejissoru yaşının çoxluğuna görə teatrdan işdən çıxarmırlar. Çünki teatrda (eləcə də həkimlikdə, müəllimlikdə, rəssamlıqda, ifaçılıqda, elmi işlərdə…) əsas meyar istedad və işgüzarlıq qabiliyyətidir.
Hansısa aktyor 30, 40 yaşında da teatra yararsız ola bilər. Yaxud, əksinə, hansısa aktyor 80-90 yaşında da teatr üçün səmərə verə bilər. Bu, asılıdır onun istedadının hansı yaşa qədər bəhrə verməsindən. Gəlin unutmayaq ki, yaşlı, lakin yaradıcılığı teatra uğur gətirən aktyorun səsinin səhnədən gəlməsi mənsub olduğu sənət ocağının illər boyu formalaşan ənənəsinin layiqli davamı deməkdir.
Çox-çox təəssüflər olsun ki, son illər Azərbaycanda aktyorlar 63, qadınlar 60 yaşlarından teatrla vidlaşmalı olublar (bir neçə ildir bu rəqəmdə dəyişmə var). Bu, teatra qarşı ağlagəlməyən, məntiqə sığmayan münasibətdir. Adını da qoyurlar ki, təqaüdə çıxan aktyor gəlib müqavilə ilə oynaya bilər. Belə düşünənlər unudurlar ki, aktyorun teatrın ştatında olmaması balığın sudan çıxarılıb yarısına qədər su tökülmüş çəlləkdə yaşamağa məhkum edilməsinə bənzəyir.
Yaddaşı zəif olanlara son nəfəsinədək səhnədə çalışmış məşhur sənət fədailərinin ömür yaşlarını xatırlatmaq istəyirəm.
Akademik Milli Dram Teatrında.
SSRİ Xalq artistləri: Mirzağa Əliyev – 71 yaş, Sidqi Ruhulla – 73 yaş, İsmayıl Ocmanlı – 76 yaş, İsmayıl Dağıstanlı – 73 yaş, Hökümə Qurbanova – 75 yaş.
Azərbaycanın Xalq artistləri: Mustafa Mərdanov – 74 yaş, Ağahüseyn Cavadov – 87 yaş, Ağasadıq Gəraybəyli – 91 yaş, Möhsün Sənani – 81 yaş, Sona Hacıyeva – 72 yaş, Əliağa Ağayev – 70 yaş, Nüsrət Fətullayev (rəssam) – 74 yaş, Sofya Bəsirzadə – 82 yaş, Leyla Bədirbəyli – 79 yaş, Nəcibə Məlikova – 71 yaş, Lütfi Məmmədbəyov – 77 yaş, Kamal Xudaverdiyev – 70 yaş.
Əməkdar artistlər: Murad Muradov – 80 yaş, Fateh Fətullayev – 74 yaş, Əzizə Məmmədova – 69 yaş, Hacıməmməd Qafqazlı – 84 yaş, Natalya Lizina – 65 yaş, Mirvari Novruzova – 71 yaş, Cabbar Əliyev – 70 yaş, Sadıq Saleh – 77 yaş, Məcid Şamxalov – 77 yaş, Bürcəli Əsgərov – 72 yaş.
Gənc Tamaşaçılar Teatrında.
Xalq artistləri: Firəngiz Şərifova – 90 yaş, Süleyman Ələsgərov – 80 yaş, Solmaz Qurbanova – 73 yaş, Hüseynağa Sadıqov – 68 yaş.
Əməkdar artistlər: Süsən Məcidova – 69 yaş, Rüxsarə Ağayeva – 79 yaş, Əhməd Əhmədov-Rumınski – 80 yaş…
Gəncə Dövlət Dram Teatrında.
Xalq artistləri: İsmayıl Talıblı – 69 yaş, Məmməd Bürcəliyev – 80 yaş, Rəmziyyə Veysəlova – 79 yaş, Sədayə Mustafayeva – 78 yaş, Ələddin Abbasov – 92 yaş…
Naxçıvan Dövlət Musiqili Dram Teatrında.
Xalq artistləri: Əyyub Haqverdiyev – 85 yaş, İbrahim Həmzəyev – 73 yaş, Sofya Hüseynova – 89 yaş, Roza Cəfərxanova – 83 yaş, Firuzə Əlixanova – 77 yaş, Əkbər Qardaşbəyov – 78…
Siyahını xeyli artıra bilərdim… Ancaq elə göstərdiyim faktlar da, məncə, kifayətdir.
Dostlar!
Teatrları uğursuz işlərdən, yaşadıqları acınacaqlı böhranlardan “təqaüd oyunu” ilə çıxarmaq mümkün deyil. İlk növbdə teatr sənətinə cavabdeh məmurların səhnə sənətinə yaradıcı münasibətlərini kökündəm dəyişmək lazımdır”

Bu xəbər oxundu
- - -