Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Niyaməddin Orduxanlı ictimai şuraya üzv seçilib

15.01.19, 14:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı Azərbaycan Dövlət Pedoqoji Universitetinin İctimai Şurasına üzv seçilib.
Bununla bağlı QHT.az saytına açıqlama verən Niyaməddin Orduxanlı bildirib ki, qanunvericiliyə uyğun olaraq dövlət müəssələrində, icra hakmiyyətlərinin yanında və unversitetlər də İctimai Şuraların yaranması prosesi həyata keçirilir:
“Dövlət müəssələrində, icra hakmiyyətlərin yanında və unversitetlərdə İctimai Şuraların yaradılması umumi işin xeyrinədir.
Bu prosesə müxtəlif vətəndaş cəmiyyətinin nümayəndələrinin seçilməsini müsbət qarşılayıram. 20 ildən artıqdır ki, həm siyasi fəaliyyətlə, həm də Vətəndaş Cəmiyyətində təmsil olunuram. QHT sədriyəm. Görünür bu amil əsas rol oynyıb ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Unversitetinin İctimai Şurasına üzv seçilim. Universitetin ictimai şurasına seçilənlər arasında ölkənin kifayət qədər tanınmış QHT sədrləri, mətbuat rəhbərləri də var”.
QHT sədri təhsilin ümummilli, ümumxalq məsələsi olduğunu deyib:
“Təhsil sahəsində dəyərlər, bilik və bacarıqlar önə keçməlidir. Ölkə rəhbərliyi bizim qarşımızda mühüm vəzifələr qoyub. Bizim əsas vəzifəmiz yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaqdır. ADPU-da sağlam və ədalətli rəqabət mühitinin yaradılması, infrastrukturun yenilənməsi, insan resurslarının inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilməlidir. Bu islahatların əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir. ADPU-da fəaliyyət göstərən İctimai Şuranın üzvləri cəmiyyətin düşüncəsinə və ictimai rəyə təsir edə bilən şəxslərdir. Müasir dünyada ictimai rəy xüsusi önəm kəsb edən amildir. Biz sizinlə təhsil sahəsi ilə bağlı səmərəli müzakirələr aparmaq və daha geniş miqyasda əməkdaşlıq etmək niyyətindəyik. Universitetin cəmiyyət qarşısında məsuliyyəti daha çoxdur. Çünki gələcəyin ziyalısını, alimini, generalını, vətəndaşını məhz Pedaqoji Unversitetin kadrları yetişdirir”.

Bu xəbər oxundu
- - -