Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“23 aylıq yol 23 müsahibədə”

17.01.19, 11:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Heydər Əliyevin irsini Araşdırma Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “23 aylıq yol 23 müsahibədə” kitabının təqdimat mərasimi keçirilib. Alim və mütəxəssislərin iştirak etdikləri mərasimdə çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının önəmindən danışıb. O, Cümhuriyyətin tariximizdəki müstəsna rolunu vurğulayıb.
Qeyd olunub ki, kitabda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixini tədqiq edən alimlərimizin www.1905.az portalında verilmiş müsahibələri yer alıb. Müsahibələr həsr olunduğu hadisələrin xronoloji ardıcıllığına müvafiq olaraq verilib. Seriyanın ideya müəllifi və naşiri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov, tərtibçi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “23 aylıq yol 23 müsahibədə” kitabının dəyərli tarixi mənbə olduğunu vurğulayıb. Digər çıxış edən alimlər Cümhuriyyətin yaranma tarixindən və fəaliyyətindən, Cümhuriyyət qurucularının keçdikləri çətin və şərəfli mübarizə yollarından danışıb, təqdimatı keçirilən kitabın əhəmiyyətini diqqətə çatdırıblar.

Bu xəbər oxundu
- - -