Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güclü külək yük maşınını aşırdı

17.01.19, 13:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ələt-Astara avtomobil yolunda ağır tonnajlı yük maşını (TIR) aşıb.
TIR-ın sürücüsü xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Bakıdan Qobustan istiqaməti ilə hərəkət edən TIR-ı güclü külək dəmir arakəsmələrin üzərinə aşırıb. Nəticədə, yük maşınının sürücüsü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını xəsarət alan şəxsi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, sürücü Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü İrkam Şamildir: "Sürücünün qol və baldır nahiyəsində əzilmələr var. Hal-hazırda vəziyyəti yaxşıdır".
Xatırladaq ki, hadisə nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəyib.

Bu xəbər oxundu
- - -