Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Proses Azərbaycanın diktəsi ilə gedir

17.01.19, 13:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub.
Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadı, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region ölkələri ilə əlaqələrini inkişaf etdirməklə, onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə vermiş və bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilmişdir.
Bu gün Azərbaycanın region ölkələri ilə strateji tərəfdaşlığı inkişaf edir, onun beynəlxalq nüfuzu artır, Ermənistanın xarici siyasətində isə ciddi geriləmə müşahidə olunur.
Digər tərəfdən Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirmiş, bu ölkənin siyasi və iqtisadi sisteminin, 20 ildən artıqdır ki hakimiyyəti zəbt etmiş xunta rejiminin çökməsində mühüm rol oynamışdır.
Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir (burada Ermənistanda artan rusofobiya, Rusiyanın siyasi dairələrində Ermənistana qarşı formalaşan antipatiya, Rusiyanın Ermənistana verilən təbii qazın qiymətini yüksəltməsi, İranın Ermənistanla bəzi iqtisadi layihələrdən faktiki olaraq imtina etməsi və s. sübut kimi götürülə bilər).
Regionun yeni reallığı - güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səvyyəsinə yüksəltmiş Azərbaycan və öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb.
Bölgədə yaranan yeni reallıqda bağlı fikirlərini bildirən politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxovun qənaətinə görə Ermənistandakı Nikol Paşinyan hakimiyyətinin Dağlıq Qarabağ separatçı qurumunu danışıqlara cəlb etmək kimi konstruktiv olmayan bəyanat verməsinə baxmayaraq, danışıqlar davam etdirilir.
“Xarici işlər nazirləri görüşür. Düşünürəm ki, 2019-cui ildə gec-tez dövlət başçıları da görüşəcək. Bu, öz-özlüyündə Azərbaycanın hücum xarakterli addımlarının nəticəsidir. Biz Ermənistana sübut etdik ki, onların nazı ilə oynamayacağıq. Beynəlxalq hüquq normaları var, əgər Minsk qrupunun həmsədr ölkələri prosesdə iştirak etmək istəyirlərsə, lazımdır ki, öz rollarını oynasınlar. Bunu dövlət başçımız da dəfələrlə bəyan edib. Bu proses faktiki olaraq bizim diktə etdiyimiz şərtlər daxilində gedir”, - Fikrət Sadıxov bildirib.
Politoloqun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti ölkəni ağır vəziyyətdən həqiqətən xilas etmək istəyirsə, Azərbaycana güzəştə getməli və Azərbaycanın maraqlarını nəzərə almalı olduqlarını başa düşməlidir:
“Torpaqlarımızın azad olunması prosesi başlanmalıdır. Hər halda, bütün bunlar bizim diplomatik uğurlarımızdır. Düşünürəm ki, uğurlarımız 2019-cu ildə də davam edəcək. Biz diplomatik danışıqlardan heç vaxt imtina etməmişik, prinsipial və qətiyyətli mövqeyimizi dünyaya bildirmişik. Bunu hamı, o cümlədən Minsk qrupu və rəsmi İrəvan bilir. Çox istərdim ki, bu addımlar və hücum diplomatiyamız yaxın vaxtlarda nəticə versin”.
Müsahibimiz bildirib ki, Azərbaycan-Rusiya və Ermənistan-Rusiya formatlarında yeni reallıqlar ortaya çıxıb. Ermənistanın yeni rəhbərliyinin anti-Rusiya şüarları altında hakimiyyətə gəldiyini deyən politoloq hesab edir ki, hakimiyyətdəki yeni fiqurlar bu şüarlara uyğun siyasət yürütməlidir:
“Əks halda, seçicilər faktiki olaraq onlardan imtina edəcək. Pisləşən Rusiya-Ermənistan münasibətləri fonunda, müxtəlif ziddiyyətlərə baxmarayaq, Azərbaycan-Rusiya münasibətləri strateji partnyorluq xarakteri daşıyır və inkişaf edir. Bunun bariz sübutudur ki, Azərbaycan və Rusiya Prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, Başa düşürük ki, münaqişənin həlli Rusiyadan birmənalı şəkildə asılıdır. Rusiya Azərbaycanın regionda rolunda maraqlı olarsa, bu istiqamətdə bir sıra addımlar ata bilər. Biz Rusiya ilə yalnız ikitərəfli deyil, üçtərəfli formatlarda, digər alyanslar və translayihələr çərçivəsində münasibətləri inkişaf etdiririk. Əlimizdən gələni etməliyik ki, münasibətlərin inkişafından fayda görək”.

Bu xəbər oxundu
- - -