Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Düşmən çirkin əməllərinə son qoymalıdır”

18.01.19, 11:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bölgədə yeni situasiyanın yaranmasında Azərbaycan prezidentinin yürütdüyü balans siyasətinin və hücum diplomatiyasının böyük rolu var”. Bunu millət vəkili Fəzail İbrahimli deyib. Deputatın sözlərinə görə, Azərbaycanın uzun illərdir yürütdüyü balanslaşdırılmış xarici siyasət Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli maraqları çərçivəsində həll edilməsinə yeni imkanlar yaradıb: “Regionda hökm sürən geosiyasi vəziyyət və Azərbaycanın böyük güclərin maraq dairəsində olması hər birimizə məlumdur. Dövlət başçısı da bu həqiqətləri görür və buna uyğun addımlar atır. Əlbəttə, bizim əsas problemimiz uzun illərdir həlsiz qalan Dağlıq Qarabağ münaqişəsidir. Nəhayət, son aylarda bütün dünyaya tamamilə məlum oldu ki, yaxın vaxtlara qədər Ermənistanda hakimiyyətdə olan qüvvələr bu münaqişənin həll edilməməsində əsas rolu oynayıb.
Bu baxımdan, Ermənistanda baş verən son proseslər bizim siyasətimizin doğruluğunu qlobal miqyasda təsdiq edən əsas məqam oldu. Digər yandan da kənardan Azərbaycanın milli mənafeyinə zidd olan təkliflərdən dövlət başçısı tərəfindən çox cəsarətli imtina edilir”.
Fəzail İbrahimli Azərbaycan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərimizi azad etmək üçün böyük potensiala malik olduğunu vurğulayıb: “Prezidentin “Azərbaycan ordusunun arsenalında elə müasir silahlar var ki, düşmənin bütün nöqtələrini vura bilər” fikirləri bir çağırış idi. Yəni, düşmən ağlını başına yığıb çirkin əməllərinə son qoymalıdır. Güman edirəm ki, prezidentin işğalçıya və onu dəstəkləyənlərə ünvanladığı bu kimi mesajları öz müsbət nəticəsini verəcək”.

Bu xəbər oxundu
- - -