Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”

18.01.19, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin dünən keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. Deputat hesab edir ki, bununla bağlı mövcud qanunvercilik aktında ciddi dəyişikliklərə ehtiyac var: “Meyitdən orqan və toxumanın götürülməsi həmin qanun layihəsində öz əksini tapmayıb. Bu da transplantasiyanın əsasını təşkil edir.
Hesab edirik ki, bununla bağlı yeni qanun olsa, daha yaxşı olar. Məsələ ilə əlaqədar bağlı işçi qrup yaradaq. Bu gün cəmiyyətin bu qanuna böyük ehtiyac var. Bu qanun orqan transplantasiyasına ehtiyacı olan insanların işlərini də rahatlaşdırar. Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər”.
Əhliman Əmiraslanov qeyd edib ki, qaraciyər transplantasiyası ilə bağlı mühüm işlər görülür: “Ürək transplantasiyası işinə hazırlaşırlar, amma nə qədər ki, meyitdən orqan götürülməsinin hüquqi əsasları həll olunmayacaq, bu məsələlər düyün nöqtəsindən tərpənməyəcək”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri antibiotiklərin satışı barədə də danışıb:
“Azərbaycandan başqa antibiotiklərin reseptsiz satıldığı ölkə tanımıram. Dünya reseptsiz antibiotik almaq mümkün deyil. Avropada olan zaman ailə üzvlərimdən birinə antibiotik lazım idi, nə qədər etdimsə, ala bilmədim. Bazar gününə təsadüf edirdi deyə, həftənin birinci gününü gözlədik ki, gedək resept alaq. Antibiotiklərlə belə davranmaq son dərəcə təhlükəlidir”.
Komitə sədri bildirib ki, antibiotiki lazım oldu-olmadı istifadə etmək təhlükəlidir: “Tibb sahəsi ilə bağlı çıxan məqalələrə diqqət etsəniz, görərsiniz ki, antibiotiklərin, hətta insanların genetik aparatına təsir edərək müəyyən mutasiyalar yaratması barədə məlumatlar var. Bunun üçün ciddi nəzarət etmək lazımdır”.
Əhliman Əmiraslanov qeyd edib ki, satılan antibiotiklərin tərkibinə də ciddi nəzarət etmək lazımdır.

Bu xəbər oxundu
- - -