Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Aİ-dən kimyəvi silahlarla bağlı Rusiyaya ilk sanksiya

21.01.19, 13:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa İttifaqı (Aİ) kimyəvi silahlardan istifadə ilə bağlı yeni rejim çərçivəsində Rusiya Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri və onun müavininə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, Rusiyaya qarşı yeni sanksiyalar “Skripal işi” ilə əlaqədardır.
“Bu siyahıya 4 mart 2018-ci ildə Solsberidə beyin iflicedici zəhərli maddənin saxlanılması, daşınması və istifadəsinə cavabdeh olan Rusiya Hərbi Kəşfiyyat İdarəsinin 2 vəzifəli şəxsi, eləcə də, İdarənin rəhbəri və müavini daxil edilib” – bəyanatda vurğulanıb.
Adı siyahıya salınanların Aİ-na girişinə qadağa qoyulacaq və onların Avropadakı bank hesabları dondurulacaq.

Bu xəbər oxundu
- - -