Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Trampın Suriyadan getmək qərarının alt qatı

22.01.19, 9:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyəni qismən məhdudlaşdırmaq və Ərdoğanla Putini bir-birinə qarşı qoymaq ...

ABŞ guya Suriyadan gedəcək. Bu yalana cürbəcür qıcıq veriblər. Amerika mətbuatı qeyd edib ki, Trampın “iki min Amerika hərbçisinin yerləşdiyi Suriyadan getmək” və “hərbi əməliyyatları dayandırmaq” qərarı “Rusiya və İranın bölgədə güclənməsinə xidmət edəcək”. Dünya KİV-ləri sıradakı şərhi tarixi lövhəyə yazıb: “Amerikanın gedişi İŞİD, İran, Bəşər Əsəd və Rusiya üçün böyük uduşa dönəcək”…
İsrail mətbuatı və dünyanın sanki Trampın bu qərarından rahatsız olmuş sionist KİV-ləri bunu “İsrailə şapalaq” kimi yozub. Türkiyədəki şərhçilər isə “Türkiyənin qələbəsi”ndən danışmağa başlayıblar…
“Strateq” yazır ki, Mustafa Yürekli Haber7-də (Türkiyə) bu məsələyə toxunub. Məndə “iki min Amerika hərbçisinin Suriyadan çıxarılması” haqda üç sual yaranıb:
1. Hava, yerüstü və dəniz birləşmələrindən hansı güclər və hansı dərəcədə çıxarılır?
2. Bu, “bütün avadanlıqları yığmaq və getmək” formasında “gerçək gediş”dir?
3. Bəyan edilən gediş baş tutarsa, Tramp bunu Ərdoğanla razılaşma üzrə həyata keçirəcək, yoxsa Putinlə razılaşma üzrə?
Türkiyə Suriyada önəmli oyunçudur, amma hələlik kürəsəl oyunçu deyil! ABŞ istəmir ki, məhəlli oyunçu saydığı Türkiyə Suriyada “mürəkkəb bərabərliyi” pozsun… Bundan sonra ABŞ-ın Suriya strategiyası bəllidir:
- “birbaşa, total və açıqca qarışmaq yoluyla” İranın “tam məhdudlaşdırılması”;
- açıq qarşıdurmaya girmək istəmədiyi Türkiyəni “vasitəli və gizli müdaxilə” yoluyla “qismən məhdudlaşdırmaq”;
- Rusiya ilə işin davamı və bitməsi …
Aydındır ki, Suriyanın taleyini iki oyunçu həll edəcək: ABŞ və Rusiya. Suriyanın işğalı və fəlakət artıq tamamilə “Amerika-Rusiya oyunu”na dönüb…
Türkiyə həm ABŞ-la, həm də Rusiya ilə danışıqlar apararaq öz durumunu tarazlıq siyasətiylə gücləndrməklə bu oyuna soxulmağa səy edir. Daha mürəkkəb durumda olan İran isə məhəlli ittifaqlar və Rusiya vasitəsilə yalnız öz vəziyyətini saxlamağa çalışır. ABŞ-ın Suriya strategiyası Türkiyə ilə hər hansı sazişin bağlanmasına söykənmir. ABŞ-ın Suriya strategiyası Rusiya – BMT TŞ üzvü vasitəsilə qurulur və gerçəkləşdirilir. Türkiyə və İranın ABŞ və Rusiyanın apardığı “Suriya oyunu”ndakı vəziyyətini bu iki ölkənin manipulyasiyaları müəyyən edir…
Sıradakını da unutmağına dəyməz:
1) “ABŞ-ın İŞİD-lə çarpışması” (ondan alət kimi yararlanmaq) bitməyib;
2) ABŞ-ın Suriyaya münasibətdə planları da tükənməyib;
3) Görünməmiş şeydir ki, ABŞ “obyektiv məğlubiyyət”ə uğramadan bölgədən getsin;
4) ABŞ da “uzunmüddətli yüksək xərclər”dən çəkinməyərək işğala son qoymayacaq;
5) ABŞ-ın Suriyada iştirakı Xalq Özünümüdafiə Dəstələrinin (YPG) və “Suriya Demokratik Qüvvələri”nin öyrədilməsi, yaxud bu güclərə gələn avadanlıq logistikasının əlaqələndirilməsiylə bağlıdır;
6) Amerikanın işğal strategiyası önəmli dərəcədə bundan ibarətdir ki, “yerdə döyüşə girişmədən havadan qəti zərbə endirilsin”.
ABŞ-ın bölgədə, yəni ərəb ölkələrinin çoxunda, hər şeydən qabaq Fars körfəzi ölkələrində və Türkiyədə çoxlu bazası var. ABŞ onsuz da istədiyi vaxt müəyyən bəhanə altında, ya da “İŞİD-lə mübarizə” adıyla havadan zərbə endirir…
ABŞ-ın öz strategiyasından imtina edəcəyini, bundan belə Suriya haqda heç bir pis niyyət bəsləməyəciyini, özünün Suriya planlarını tamamilə bir qırağa atacağını güman etmək ağlabatan deyil. “ABŞ-ın Suriyadan getmək taktikası”na ciddilik verən yeganə şey Türkiyənin Rusiya ilə münasibətlərinə mənfi təsirdir…
Rusiya Türkiyənin Fəratdan şərqdə keçirməyi planlaşdırdığı əməliyyata xüsusi iltifat göstərmir. Ola bilsin, Tramp gediş taktikası işlətməklə Ərdoğan və Putini bir-birinə qarşı qaldırmaq istəyir.

Bu xəbər oxundu
- - -