Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AŞPA üzv dövlətlərdə referendumlarla bağlı qətnamə qəbul edib

22.01.19, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa Şurası Parlament Assosiasiyası (AŞPA) üzv dövlətlərdə referendumların ədalətli keçirilməsinə zəmanət verən ana xətlərin yenilənməsinə dair qətnamə qəbul edilib.
Qətnamədə 2007-ci ildə AŞPA-nən xahişi ilə Venesiya Kommissiyasının qəbul edilməsindən bəri referendumların keçirilməsi ilə bağlı üzv ölkələrin əldə etdikləri təcrübələrinə yenidən baxılması, xüsusilə 3 məsələdə dəyişikliklərin edilməsi tövsiyyə edilir. İlk növbədə internet və sosial mediyanın inkişafı ilə əlaqəli olaraq seçicilərin keyfiyyətli informasiyadan istifadə etmələrini təmin etmək üçün referendumlara dair qaydalara dəyişikliklərin edilməsi tövsiyyə olunur. Gündəmə gətirilməsi məsləhət olunan ikincə məsələ, zorakılıq halları baş verdiyi zamanı sanksiyalar tətbiq etmək də daxil olmaqla qaydaların gücləndirilməsi zamanı dövlət kampaniyalarının, qurumların nəzarətininin həyata keçirilməsinin müstəqilliyinin məhdudlaşdırılmasını təmin edən qaydalara aiddir. Nəhayət istər referendumdan əvvəl, istər sonra vətəndaşların demokratik müzakirələrdə işitrakını təmin edən metodların öyrənilməsi üçün üzv dövlətlər arasında təcrübə mübadilələrinin həyata keçirilməsi tövsiyyə olunur.

Bu xəbər oxundu
- - -