Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriya Demokratik Qüvvələri İŞİD-ə qarşı hücuma keçib

11.02.19, 10:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin silahlı birləşmələri Suriyada “İslam dövləti” qrupunun nəzarətində olan son məntəqəyə hücuma keçib.
Bu koalisiya əsasən kürdlərdən ibarətdir. Qruplaşmanın nümayəndəsi Reuters-ə müsahibəsində bunun Suriya ərazisində “İslam Dövləti” qrupuna qarşı son hücum olduğunu deyib. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbi təyyarələri kürd birləşmələrini havadan dəstəkləyir. Bu ərazi Suriyanın cənub-şərqində, Fərad çayının yaxınlığında və İraqla sərhəd bölgəsində yerləşir.
Son bir neçə gün ərzində ərazini 20 minədək dinc sakin tərk edib. Hələ 2 il bundan əvvəl ölkənin cənub-şərqindəki bütün ərazilərə radikal islamçılar nəzarət edirdilər. Amma hazırda bu ərazilərin böyük bir hissəsi Suriya ordusunun, bir hissəsi isə kürd qruplaşmalarının nəzarətindədir. ABŞ prezidenti Donald Tramp bu günlərdə bəyan etmişdi ki, gələn həftə Suriya ərazisi 100 faiz “İslam dövləti” qrupundan təmizlənəcək.
ABŞ-ın müdafiə və kəşfiyyat rəsmiləri Suriyada hələ də 1500-ə yaxın İŞİD yaraqlısının qaldığına inansa da, dəyərləndirmədə olduqca ehtiyatlıdır. Donald Tramp ötən dekabrda ABŞ-ın 2 min əsgərlik hərbi qüvvəsini Suriyadan çıxarmaq qərarını elan etməklə ABŞ millət vəkillərini və beynəlxalq müttəfiqləri təəccübləndirmişdi. Cim Mattis bu qərardan bir neçə gün sonra müdafiə naziri vəzifəsindən istefa verib. Tənqidçilər bildirir ki, Suriyada ABŞ qoşunlarının çıxarılmasından sonra yaranacaq boşluqda İŞİD və Əl-Qaidə qüvvələri yenidən baş qaldıra bilər. Bu qüvvələrin müəyyən elementləri İraqda da qalır.

Bu xəbər oxundu
- - -