Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-da yüz minlərlə federal işçi müvəqqəti məzuniyyətə göndərilib

11.02.19, 10:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ hökumətinin fəaliyyətinin maliyyələşdirilməsinə qoyulan möhlət cümə günü başa çatır. Belə ki, rekord səviyyədə olan 35 günlük “şatdaun”dan sonra daha bir bağlanma gözlənilir. Ötən həftə bəzi qanunvericilər razılıq əldə edilməsinə yaxınlaşdıqlarını desələr də, Trampın sənədi qəbul edib-etməyəcəyi bəlli deyil.
Alabama ştatından respublikaçı senator Riçard Şelbi müzakirələrin dalana dirəndiyini bildirib.
Respublikaçıların 17 üzvündən ibarət panelə rəhbərlik edən senator razılıq əldə ediləcəyindən əmin olmadığını deyib. Panel sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsi üçün təsis edilib. Prezident Aparatının müvəqqəti rəhbəri Mik Malvani də daha bir “şatdaun”un istisna edilmədini bildirib.
ABŞ prezidenti də Meksika ilə sərhədə divar çəkilməsi üçün Konqresin razılığını əldə etmək hökumətin bir daha qismən bağlanması ehtimalını istisna etməyib. Donald Tramp fövqəladə vəziyyət elan edəcəyini planlaşdırdığını da deyib.
ABŞ prezidenti Donald Tramp ötən ay üç həftəlik büdcə planını imzalayaraq, Amerika tarixinin ən uzun hakimiyyətin bağlanmasına (şatdaun) son qoyub. Qanuna əsasən, hökümət fevralın 15-dək maliyyələşdiriləcək. Müvəqqəti büdcədə Trampın ABŞ-Meksika sərhədində inşa etmək istədiyi divar üçün pul ayrılmayıb. Prezident deyib ki, bu müddətdə sərhəd təhlükəsizliyini dəyərləndirmək üçün ikipartiyalı komitə yaranacaq, lakin Tramp həmçinin bildirib ki, o, iddia olunduğu kimi, ABŞ və Meksika arasındaki bütöv sərhəddə beton divarın inşa edilməsini tələb etmir. “Şatdaun” nəticəsində yüz minlərlə federal işçi müvəqqəti məzuniyyətə göndərilib, bəziləri isə maaş almadan işləmək məcburiyyətində qalıb.

Bu xəbər oxundu
- - -