Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Məkəzi Elmi Kitabxananın yaratdığı Vikipediyanın işlək modeli və alqoritmi çox önəmli nailiyyətdir”

11.02.19, 12:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Klaudıa Luks: “Mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun”



“Mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun və hesab edirəm ki, MEK bu işin zirvəsindədir - Vikipediya mənim üçün gözəl bir alətdir və bu vasitə ilə ilk tanislığımdan bütün dünya mənim üçün açılmış oldu. Hesab edirəm ki, kitabxanalar Vikipediya ilə işləməlidilər. Çünki əvvəllər yalnız lüğət və ya ensiklopediyalar var idi, və siz informasiya əldə etmək üçün onlardan istifadə edirdiniz”. Bu fikirləri Berlin Humbolt Universitetinin professoru Klaudıa Luks səsləndirib: “Bir məqalədə oxudum ki, Vikipediya-nın keyfiyyəti Britaniya ensiklopediyası ilə eyni səviyyəyə çatmaqdadır və ola bilər ki, onların hər birində müəyyən səhflər olsun, lakin Vikipediya-da digər insanların bu səhfləri redaktə etmək imkanı var. Və nəticədə siz Britaniya ensiklopediyasından da daha çox məlumatı Vikipediya-dan əldə edirsiniz. Azərbaycana gəlməzdən öncə Vikipediyada Azərbaycanla bağlı bəzi məlumatlara nəzər yetirdim və yeni biliklər əldə etdim. Bu zaman başa düşdüm ki, burada mənim düşündüyümdən də çox məlumat var. Eləcə də Azərbaycana gəlməzdən öncə öyrəndim ki, Vikipediya sahəsində Azərbaycanda bu fəaliyyət Mərkəzi Elmi Kitabxana tərəfindən dəstəklənir. Və mənim məqaləmi də Vikipediya-da yaratdıqlarına görə onlara minnətdaram. Məkəzi Elmi Kitabxananın yaratdığı Vikipediya-nın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir və mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. Mən sizin komandanızın nə dərəcədə fəal olduğununu görürəm və buna görə sizi yalnız təbrik edə blərəm. Mənim Azərbaycan dilində məqaləmin yaradıldığını görəndə çox təəccübləndim və bu ideyanın haradan gəldiyini, kimin bu məqaləni oxuyacağını və kimin buna ehtiyacı olacağını düşündüm. Lakin siz bunu etdiniz, çünki əvvəllər Vikipediya-da mənim məqaləm yalnız alman dilində mövcud idi və mən heç bir zaman təsəvvür etməzdim ki, Azərbaycan dilində də məqaləm yaradılar. MEK komandası mənim məqaləmi ingilis dilli Vikipediya-da da yaratdı. Bu çox gözəldir və onu göstərir ki, MEK Vikipediya məqalələrinin yaradılmasında çox sürətlidir və dünyaya Vikipediya vasitəsilə məlumatlar ötürür. Bu da onu göstərir ki, MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir. Deyə bilərəm ki, mən Azərbaycanın həm real, həm də virtual informasiya məkanlarındayam və bu, MEK-in fəaliyyəti sayəsində reallaşdı!”.

Bu xəbər oxundu
- - -