Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Almaniyalı parlamentar Azərbaycanla münasibətdən danışıb

12.02.19, 10:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycan Almaniyanın, ümumiyyətlə, Avropanın müxtəlif sahələr üzrə daim maraq dairəsində olan tərəfdaşıdır və biz bir tərəfdaş kimi, bu ölkənin ərazi bütövlüyünü, regionun sabitliynin təmin olunmasını dəstəkləyirik”.
Bunu Almaniya Bundestaqının (parlament) hakim Xristian Demokratlar Partiyasından (CDU) olan deputatı Mark Hauptman bildirib.
O qeyd edib ki, Almaniya bütün münaqişələrin və münasibətlərin silah yolu ilə yox, masa ətrafında qarşılıqlı anlaşma şəraitində və sülh yolu ilə həllinin tərəfdarıdır: “Bu, Cənubi Qafqazdakı münaqişə ocağı ilə bağlı da keçərlidir”.
Deputat bildirib ki, Almaniyanın Cənubi Qafqazda ən önəmli tərəfdaşı kimi, Azərbaycanın xüsusilə də enerji sahəsində, sabitlik və inkişaf istiqamətində tutduğu yol rəsmi Berlin üçün önəmlidir: “Bu halda biz strateji tərəfdaşlıq üçün Azərbaycanla münasibətdə çox yaxşı perspektiv görürürük. Azərbaycanla xüsusilə enerji sahəsində daha yaxın münasibətlərin qurulması Avropa İttifaqının strateji maraqlarına daxildir və təbii ki, belə bir tərəfdaşın yaşadığı münaqişənin tezliklə həll olunması bizim də arzumuzdur”.

Bu xəbər oxundu
- - -